Şənbə, 9 Avqust, 2025

Qayıdış Könüllüləri Proqramına müraciətləri növbəti dəfə açıq elan edilir


  • Dərc edildi: 13 Aprel, 2025 - 11:33
Qayıdış Könüllüləri Proqramına müraciətləri növbəti dəfə açıq elan edilir

Qayıdış Könüllüləri Proqramına müraciətləri növbəti dəfə açıq elan edilir! 

 

 Proqramın əsas məqsədi işğaldan azad olunmuş ərazilərdə könüllülük fəaliyyətini dəstəkləmək, əslən həmin bölgələrdən olan gənclərin öz doğma torpaqlarında yenidənqurma və bərpa işlərində, eləcə də bölgənin zəngin tarixi-mədəni irsinin təbliğində iştirakını təşviq etmək və Böyük Qayıdış prosesinə töhfə verməkdir.

 Proqrama qoşulmaq istəyən, 18-29 yaş arası, əslən işğaldan azad edilmiş Şuşa Ağdam Füzuli ZəngilanLaçın rayonlarından olan hər bir gənc təhsil səviyyəsindən asılı olmayaraq qeydiyyatdan keçə bilər.

 Qeydiyyat linki: https://qayidish.konullu.az

 Son müraciət tarixi: 16 aprel 2025-ci il

 Seçilmiş gənclər müvafiq təlim və hazırlıq keçdikdən sonra işğaldan azad edilmiş ərazilərdə müxtəlif könüllü fəaliyyətləri göstərəcək, həmçinin mütəmadi olaraq burada keçirilən tədbirlərin təşkilində iştirak edəcək, buraya səfər edən yerli və xarici qonaqlarla işləyəcək, bərpa və yenidənqurma işlərinə, qayıdışa hazırlıq və məskunlaşmaya könüllü dəstəyinin göstərilməsinə cəlb olunacaqlar.

 Qeyd edək ki, "Qayıdış Könüllüləri" Proqramı işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin müvafiq xüsusi nümayəndəliklərinin, Azərbaycan Respublikasının Gənclər və İdman NazirliyiAzərbaycan Gənclər Fondunun dəstəyilə “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən həyata keçirilir.

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6123
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1230
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 468
“İnnovativ məktəb” l...