Bazar, 10 Avqust, 2025

“Beynəlxalq Münasibətlər və Diplomatiya üzrə 2-ci Yay Məktəbi” təşkil ediləcək


  • Dərc edildi: 18 İyul, 2023 - 11:11
“Beynəlxalq Münasibətlər və Diplomatiya üzrə 2-ci Yay Məktəbi” təşkil ediləcək

9 - 14 avqust, 2023-cü il tarixlərində “Bir Könüllü” Tələbə Təşkilatı, Xəzər Universiteti və Topçubaşov Mərkəzinin birgə tərəfdaşlığı ilə Şamaxı rayonunda “Beynəlxalq Münasibətlər və Diplomatiya üzrə 2-ci Yay Məktəbi” təşkil ediləcək.

Yay məktəbinin keçirilməsinin əsas məqsədi müxtəlif yerli və xarici universitetlərdə təhsil alanları və məzunları bir araya toplayaraq müasir dünyada və regionda cərəyan edən siyasi-iqtisadi konyunkturun müşahidə edilərək obyektiv
qiymətləndirilməsi, gələcəkdə baş verə biləcək proseslərin düzgün proqnozlaşdırılması, müxtəlif xarici siyasət səpkili mövzularda interaktiv müzakirələrdə iştirak etmək imkanı yaradaraq səmərəli platformanın yaradılmasıdır.  

Xarici dil biliklərinə malik və humanitar ixtisaslar üzrə təhsil alan tələbələrdə xarici siyasət və beynəlxalq münasibətlər sahəsinə marağın artırılmasına hədəflənən yay məktəbində iştirak etmək istəyən tələbə və məzunlar aşağıdakı keçid vasitəsilə qeydiyyatdan keçə bilərlər. Yay Məktəbinin işçi dili ingilis dilidir. 

Qeydiyyat: https://forms.gle/LM3S5FoJjdwKMbdy8

Son qeydiyyat tarixi: 20 iyul, 2023

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6184
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1259
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 486
“İnnovativ məktəb” l...