Cümə axşamı, 21 Avqust, 2025

Gənclər üçün “Könüllülər Proqramı”


  • Dərc edildi: 8 Oktyabr, 2023 - 16:42
Gənclər üçün “Könüllülər Proqramı”

Əziz gənclər,

 

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi gənclər üçün növbəti “Könüllülər Proqramı”nı açıq elan edir.

 “Könüllülər Proqramı”nda əsas məqsəd könüllüləri  təşkil ediləcək təlim və layihələrə cəlb etmək, onların qazanacağı təcrübə əsasında lazımi bilik və bacarıqlarını artırmaqdır.

6 ay davam edəcək “Azərbaycan Diaspora Könüllüləri” Proqramında əldə edəcəyiniz imkanlar nələrdir?

·        Proqram çərçivəsində könüllülük fəaliyyəti, diaspor, Azərbaycan diaspor hərəkatı haqqında ümumi məlumatlar əldə etmək imkanı

·        Diaspor sahəsində dövlət siyasətinə ictimai dəstəyin təşkilində, yerli və beynəlxalq layihələrdə, diaspor gənclərinin müxtəlif ölkələrdə keçirdiyi tədbirlərdə və ya konfranslarda iştirak etmək imkanı

·        Komitədə ayrı-ayrı qruplar şəklində müvafiq struktur şöbələrində və ya xaricdə fəaliyyət göstərən tərəfdaş təşkilatlarda təcrübə mübadiləsi imkanı

·        Gələcəkdə Komitədə işə qəbul prosesində üstünlük əldə etmə imkanı

·        Diaspor mütəxəssislərindən təlimlər almaq imkanı

·        Dövlət Komitəsi tərəfindən sertifikatlar əldə etmək imkanı

Əgər liderlik bacarıqlarınızı inkişaf etdirmək, Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti ilə tanış olmaq və müxtəlif ölkələrdə yaşayan soydaşlarımızla əlaqələrin qurulub möhkəmləndirilməsində yaxından iştirak etmək istəyirsinizsə aşağıda yerləşdirilən linkə daxil olaraq müraciət etməyə tələsin!

 

Qeydiyyat linki: https://diaspor.gov.az/volunteers/

Qeyd: 18-29 yaş aralığında gənclər müraciət edə bilər.

Son qeydiyyat tarixi: 1 noyabr 2023-cü il

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 00:21 210
“Bir Müəllimin Manif...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7132
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1853
Azərbaycan Texnologi...