ALMAN DİLİ MÜƏLLİMİ
Vəzifə haqqında:
Qərbi Kaspi Universitetinin Alman dili mərkəzi üçün istedadlı, dinamik və motivasiyalı alman dili müəllimi axtarırıq. Axtardığımız namizədə olan tələblər alman dilinin tədrisi üzrə təcrübə ilə yanaşı aşağıdakılardır:
Məsuliyyətlər:
Alman dili mərkəzinə qəbul ediləcək namizəd univeristet tələbələrinə QKU Alman dili mərkəzində Alman dili dərslərini tədris etməlidir.
Namizəd müəllimlik vəzifələri ilə yanaşı, görüşlərdə və tədbirlərdə iştirak etməklə, həmkarları ilə əməkdaşlıq etməklə və peşəkar inkişaf imkanlarında iştirak etməklə universitetdaxili və əməkdaşlıqlarda fəal şəkildə töhfə verməyi bacarmalıdır.
Tələblər:
• Alman dili müəllimliyi üzrə minimum bakalavr dərəcəsi
• Tədris sahəsində 2 il pedaqoji təcrübə
• Şagirdlər, valideynlər, müəllimlər və başqaları ilə səmərəli ünsiyyət qurmaq bacarığı
• Qrup və tələbənin dil biliyi səviyyəsinə uyğun fərdi tədris proqramı hazırlamaq bacarığı
• Kompüterdə işləmək və standart ofis proqramları üzrə mükəmməl bilik
• Komandanın bir hissəsi kimi yaxşı işləməyi bacarmaq.
Biz dəstəkləyici və əməkdaşlıq edən iş mühiti, həmçinin karyera yüksəlişi üçün imkanlar təklif edirik.
Müraciət forması:
Müsabiqədə iştirak etmək üçün CV-nizi [email protected] elektron ünvanına göndərə bilərsiniz.
Müraciət etməkdə maraqlısınızsa, e-poçt ünvanına müvafiq ixtisas və təcrübəni əks etdirən CV ilə əhatə məktubu göndərin. E-poçt mesajınızın mövzu hissəsində müraciət etdiyiniz vəzifənin adını qeyd etməyiniz xahiş olunur.
CV-lər namizədin iş təcrübəsi və tələblərə cavab verməsi əsasında qısa siyahıya salınacaq. Müsahibə haqqında yalnız qısa siyahıya alınmış namizədlərə məlumat veriləcək. Qısa siyahıyada olan namizədlər müsahibəyə dəvət ediləcəklər.
Ünvan: Azərbaycan, Bakı, Əhməd Rəcəbli küçəsi, III Paralel, 17A
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur