Çərşənbə, 3 Sentyabr, 2025

"Bizdən Biri" təcrübə proqramı


  • Dərc edildi: 2 Avqust, 2022 - 09:05
"Bizdən Biri" təcrübə proqramı

Kapital Bank namizədləri IT risklərinin idarə edilməsi departamenti daxilində Informasiya təhlükəsizliyi sistemlərinin idarə edilməsi şöbəsi üzrə "Bizdən Biri" təcrübə proqramına müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Tələblər:
·       İT, İnformasiya Təhlükəsizliyi, Kompüter elmləri, İnformasiya sistemləri və s. kimi ixtisaslar üzrə ali təhsilin olması
·       Azərbaycan və ingilis dillərində yazılı və şifahi ünsiyyət qurmaq bacarıqları (rus dili arzu olunandır), problemlərin həll edilməsi, koordinasiya və analitik bacarıqların olması
·       Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
·    İnformasiya təhlükəsizliyi barədə əsas anlayışlar

Öhdəliklər:
·        Bank sirri xarakterini daşıyan məlumatların kənara sızılmasının və bankın informasiya bazalarına kənar şəxslərin müdaxiləsinin qarşısının alınması məqsədi ilə İnformasiya təhlükəsizlik sistemlərinin qurulması, sazlanması və monitorinqi.
·        Təhlükəsizlik sistemlərinin quraşdırılması üçün tələblərin hazırlanması və uyğunluğunun yoxlanılması

Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək və ya [email protected] mail ünvanına CV-nizi göndərərək vakansiyamıza müraciət edə bilərsiniz.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 1091
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 244
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 8074
Sumqayıt Dövlət Univ...