Satış komandasının Rəhbəri
Vəzifələr:
• Satış komandasını inkişaf etdirmək
• Satış əməliyyatlarını koordinasiya etmək
• Biznesin ardıcıl olaraq satış hədəflərini yerinə yetirməsinə və üstələməsinə imkan verən satış üsullarının tətbiqi
• Komandanın məqsədlərini, satış proseslərini müəyyən etmək
• Layihə və ya layihələr portfeli haqqında işçi qrupuna təlimat vermək
• Komandada əmək bölgüsünə və gedişata nəzarət etmək
• Mütəmadi olaraq, komanda üzvlərinə təlimlər keçmək
Tələblər:
- Ali təhsil (biznes, satış və ya marketinq sahəsində təhsilə üstünlük verilir);
- Satış sahəsində (xüsusilə tədris mərkəzlərində) azı 1 il iş təcrübəsi;
- Tədbir təşkilatçılığı üzrə bacarıqlara sahib olmaq;
- Komanda ilə işləmə bacarığı;
- Analiz etmə və problemləri həll etmə bacarığı;
- Güclü analitik, təşkilatçılıq və yaradıcı düşünmə bacarıqları;
- Mükəmməl ünsiyyət və müştəri xidməti bacarıqları;
- Məlumatların təhlili və hesabatların yazılması üzrə biliklər
- Təzyiq altında işləmək bacarığı.
- B2B, B2C satış seqmentində iş xüsusiyyətlərinin praktiki biliyi.
İş haqqında:
- İş qrafiki: Freelance
- Əmək haqqı: Razılaşma yolu ilə
Satış təcrübəçisi
Tələblər:
- Biznes, iqtisadiyyat sahəsində ilkin biliklər ( 2-ci, 3-cü kurs bakalavr və ya 1-ci kurs magistr tələbələri)
- Dil bilikləri: Azərbaycan dilində səlis danışmaq bacarığı, rus və ingilis dillərini bilmək üstünlükdür
- Microsoft Office (Outlook, Word, Excel, Powerpoint və s.) proqramı üzrə baza bilikləri
Bacarıqlar:
- Təşəbbüskarlıq
- Ünsiyyət qurmaq bacarığı
- Çalışqan olmaq
- Öhdəliklərinə məsuliyyətli olmaq
- Satışla bağlı ideya vermə bacarığı
İş haqqında:
İş qrafiki: Freelance
- Əmək haqqı: Razılaşma yolu ilə
Tələblərə cavab verən namizədlər öz CV-lərini “Satış komandası Rəhbəri” və ya “ Satış təcrübəçisi” başlığı ilə [email protected] elektron poçtuna göndərə bilərlər.
Son müraciət tarixi: 30 İyun 2024
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur