reklam

İqtisadiyyat və planlaşdırma şöbəsinin Böyük iqtisadçısı vakansiyası

Azərbaycan İnvestisiya Holdinqi İqtisadiyyat və maliyyə departamentinin İqtisadiyyat və planlaşdırma şöbəsinə “Böyük iqtisadçı” vəzifəsi üzrə vakant yerə işə qəbul elan edir.

 

“Azərbaycan İnvestisiya Holdinqi” idarəetməsinə verilmiş dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə olunması, onların fəaliyyətlərinin təkmilləşdirilməsi, o cümlədən, həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin artırılması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 7 avqust 2020-ci il tarixli 1120 saylı Fərmanına əsasən yaradılmış publik hüquqi şəxsdir.

 

Vəzifə funksiyaları:

  • İllik büdcənin hazırlanmasını həyata keçirmək;
  • Rüblük və illik əsasda büdcənin icraatına nəzarət etmək, faktiki xərclər ilə büdcə arasında yaranmış fərqlərin təhlilini aparmaq;
  • Faktiki göstəriciləri nəzərə alaraq büdcə dürüstləşdirilməsində iştirak etmək;
  • Azərbaycan İnvestisiya Holdinqinin və portfel şirkətlərinin idarəetmə hesabatlılığı üzrə standartlarının hazırlanması və onların təkmilləşdirilməsi ilə bağlı təkliflər verilməsində iştirak etmək;
  • İdarəetmə hesabatlılığı üçün nəzərdə tutulan məlumatın toplanılması, tamlığının yoxlanılması, təhlillərin aparılması və sistemləşdirilməsinin həyata keçirilməsində iştirak etmək;
  • Portfel şirkətlərinin maliyyə hesabatlarının, büdcə göstəricilərinin təhlilində iştirak etmək;
  • Maliyyə göstəricilərinin daxili sistemə inteqrasiyası prosesində iştirak etmək;
  • Görülən işlər və onların nəticələrinə dair hesabatları müntəzəm olaraq baş iqtisadçıya və/və ya şöbə müdirinə təqdim etmək;
  • Şöbədaxili prosedurların tərtib olunmasında, təqdimatların hazırlanmasında yaxından iştirak etmək;
  • İşgüzar danışıqlar aparmaq və daxil olan məktubları cavablandırmaq.

 

Namizədə dair tələblər:

  • Ali təhsil (mühasibat uçotu, maliyyə, iqtisadiyyat, biznesin idarə edilməsi və s. əlaqəli sahələr);
  • Böyük dördlük (Big4) şirkətlərində və ya digər qabaqcıl şirkətlərdə audit, büdcələmə, hesabatlılıq sahəsi üzrə ən azı 4 il iş təcrübəsi;
  • Mikro və makroiqtisadiyyat üzrə biliklər;
  • Maliyyə modelləri ilə işləmək, təhlil etmə bacarığı;
  • MS Office proqramlarında mükəmməl işləmək bacarığı (Excel, Power BI, PowerPoint bacarıqlarına üstünlük verilir);
  • Müvafiq sahə üzrə müxtəlif sertifikatlara (ACCA, CFA və s.) malik olan şəxslərə üstünlük verilir;
  • Yüksək səviyyəli analitik bacarıqlar və sürətli öyrənmə qabiliyyəti;
  • Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (mükəmməl), Rus dili (arzuolunandır);
  • Təşəbbüskarlıq, yüksək səviyyədə ünsiyyət, yazı və münasibət qurmaq bacarıqları;
  • Operativlik, dəqiqlik, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı.

 

Göstərilən tələbləri qarşılayan və vakansiya ilə maraqlanan namizədlər CV-lərini 21 fevral 2023-cü il tarixədək mövzu hissəsində müraciət etdiyi müvafiq şöbə və vəzifəni göstərməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

 

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az