"Azərbaycan dövlət müstəqilliyinin başlandığı məkan – Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi” mövzusunda respublika konfransı keçiriləcək
2025-ci ilin oktyabr ayında Milli Azərbaycan Ədəbiyyatı Muzeyində "Azərbaycan dövlət müstəqilliyinin başlandığı məkan – Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi” mövzusunda respublika elmi konfransı keçiriləcək.
Konfransın bölmələri aşağıdakı kimidir:
Azərbaycan istiqlal mübarizəsi tarixi və ədəbiyyatımız;
Nizami Muzeyində Azərbaycan Cümhuriyyətinin Nazirlər Kabinetinin fəaliyyəti və şəxsiyyətləri;
Nizami muzeyinin binasında Azərbaycan Cümhuriyyətinin Xüsusi Təhqiqat Komissiyasının fəaliyyəti;
Nizami Muzeyinin Azərbaycan müstəqillik tarixinə töhfələri;
Azərbaycan gəncliyinin vətənpərvərlik və dövlətçilik ruhunda tərbiyəsində muzey ekspozisiyasının yeri.
Məqalənin tərtib olunma qaydaları:
Mətnin səhifə parametrləri aşağıdakı şəkildə olmalıdır:
Sağ tərəf -1sm
Sol tərəf – 3sm
Aşağı hissə - 2 sm
Yuxarı hissə - 2sm
Məqalələrin qəbul olunması üçün son tarix: 01 iyul 2025-ci il
Təşkilat komitəsi məqalələrin mətnində düzəlişlərin edilməsi (ümumi məzmununu dəyişmədən), məruzələrin geri qaytarılması hüququna malikdir.
Təşkilat komitəsi ilə əlaqə:
Ünvan: AZ1001, Azərbaycan Respublikası, Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 53
Tel.: (+994 12) 505 53 14
E-mail: [email protected]
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb