Nazim Hikmətin anadan olmasının 120 illik yubileyinə həsr olunan Respublika elmi konfransı keçiriləcək
2022-ci ilin noyabr ayında Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində XX əsr Türkiyə ədəbiyyatının tanınan nümayəndəsi, Türkiyə ədəbiyyatına sərbəst şeiri gətirən şair, yazıçı, rəssam, ssenarist və dramaturq, ictimai xadim, Beynəlxalq Sülh Mükafatı laureatçısı Nazim Hikmətin anadan olmasının 120 illik yubileyinə həsr olunmuş “Dünyadan keçən Nazim və Nazimdən keçən dünya” mövzusunda Respublika elmi konfransı keçiriləcək.
Konfransın bölmələri və yazı şərtləri aşağıdakı kimidir:
KONFRANSIN BÖLMƏLƏRİ:
- Nazim Hikmət yaradıcılığı və incəsənət
- Nazim Hikmət və Azərbaycan ədəbiyyatı
- Nazim Hikmətşünaslıq: Türkiyədə, Azərbaycanda, dünyada
- Nazim Hikmət şeiri və poetika məsələləri
Məqalənin tərtib olunma qaydaları:
- Mətn Microsoft Word redaktorunda (.doc, .docx) təqdim edilməlidir;
- Məqalənin mətni açar sözlər, xülasə və ədəbiyyat siyahısı daxil olmaqla 7 səhifəyə qədər olmalıdır;
- Məqalə Times New Roman - 12 ppt şrifti ilə, sətirlərarası interval – 1,5 olmaqla yazılmalıdır;
- Mətnin səhifə parametrləri aşağıdakı şəkildə olmalıdır:
Sağ tərəf -1sm
Sol tərəf – 3sm
Aşağı hissə - 2 sm
Yuxarı hissə - 2sm
- Mətnin əvvəlində ortada böyük və tünd şriftlə məruzənin adı, altda sağ tərəfdə kiçik və tünd şriftlə müəllifin adı, soyadı, ondan altda isə kiçik və adi şriftlə elmi dərəcəsi (varsa), elmi adı (varsa), iş yeri və elektron ünvanı göstərilməlidir.
- Məqalənin mətni Azərbaycan dilində yazılarsa ingilis dilində xülasə, ingilis dilində yazılarsa Azərbaycan dilində xülasə; türk, rus, fars, ərəb dillərində yazılarsa Azərbaycan və ingilis dillərində xülasə tələb olunur.
- Mətnin əvvəlində məqalənin və xülasələrin yazıldığı dillərə müvafiq olaraq minimum 5 açar söz göstərilməlidir.
- Ədəbiyyat siyahısı əlifba ardıcıllığı ilə olmalı, AAK-nın tələblərinə uyğun tərtib edilməli, məqalədə istinadlar düz mötərizə daxilində verilməlidir (məs: [5, s.12]).
- Məqalənin müxtəlif dillərdə olan xülasələri bir-birinin eyni olmalı, məqalənin məzmununa uyğun yazılmalıdır. Xülasədə müəllifin gəldiyi elmi nəticə, işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti və s. öz əksini tapmalıdır. Hər bir xülasədə müəllifin tam adı göstərilməli, həmçinin məqalənin adı tərcümə edilməldir. Xülasələr 100-150 sözdən ibarət olmalıdır.
Məqalələrin qəbul olunması üçün son tarix: 15 oktyabr 2022-ci il
Təşkilat komitəsi məqalələrin mətnində düzəlişlərin edilməsi (ümumi məzmununu dəyişmədən), məruzələrin geri qaytarılması hüququna malikdir.
Təşkilat komitəsi ilə əlaqə:
Ünvan: AZ1001, Azərbaycan Respublikası, Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 53
Tel.: (+994 12) 4927286
E-mail: [email protected]
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur