Çərşənbə, 3 Sentyabr, 2025

İstedadlı tələbələrin təhsil haqqının ödənilməsi üzrə müsabiqəyə start verilir!


  • Dərc edildi: 3 Oktyabr, 2022 - 22:08
İstedadlı tələbələrin təhsil haqqının ödənilməsi üzrə müsabiqəyə start verilir!

Ölkə gənclərinin təhsilalma imkanlarının genişləndirilməsi, keyfiyyətli təhsilin gənclər üçün əlçatan olması, istedadlı və sosial müdafiəyə ehtiyacı olan gənclərin dəstəklənməsi məqsədi ilə Gənclər Fondu növbəti dəfə təhsil haqqının qarşılanması üzrə müsabiqə elan edir. Müsabiqə hər il yüzlərlə istedadlı tələbəni əhatə etməklə artıq sayca dördüncü dəfə həyata keçirilir.

Müsabiqəyə 2021-2022, 2022-2023-cü tədris illəri üzrə dövlət ali və orta-ixtisas təhsili müəssisəsinin əyani və qiyabi təhsilalma formalarının bakalavr və magistr təhsil pillələrindən olan gənc tələbələr müraciət edə bilərlər. Müsabiqədə ali təhsil müəssisələrinin və Tələbə Gənclər Təşkilatlarının rəyi nəzərə alınacaqdır. 

Gənclər Fondu gəncləri müsabiqədə fəal iştirak etməyə və dövlət tərəfindən yaradılmış bu müstəsna imkandan yararlanmağa dəvət edir!

Müsabiqədə iştirak etmək istəyən gənclər, Fondun rəsmi internet səhifəsindən (youthfoundation.az – Elektron xidmətlər) qeydiyyatdan keçib, elektron xidmətlər bölməsində yerləşdirilmiş müvafiq ərizə formasını dolduraraq, sayt üzərindən Fonda göndərməlidirlər. 

Son müraciət tarixi:  GƏNCLƏRİN NƏZƏRİNƏ!

Müraciət sayının çox olması ilə əlaqədar olaraq Təhsil Xərci müsabiqəsinin qeydiyyat mərhələsi 13 noyabr saat 23:59-dək uzadıldı.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 1068
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 238
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 8047
Sumqayıt Dövlət Univ...