Şənbə, 10 May, 2025

Şərqşünaslıq İnstitutu “Nazim Hikmət – 120” adlı respublika elmi konfransına tezis qəbulunu elan edir


  • Admin:
  • | Dərc edildi: 22 Avqust, 2022 - 14:03
Şərqşünaslıq İnstitutu “Nazim Hikmət – 120” adlı respublika elmi konfransına tezis qəbulunu elan edir

 

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu 2022-ci il oktyabr ayında Türkiyə ədəbiyyatının görkəmli nümayəndəsi və türk sərbəst şeirinin yaradıcısı şair, yazıçı, rəssam, ssenarist və dramaturq, ictimai xadim, Beynəlxalq Sülh Mükafatı laureatı Nazim Hikmətin anadan olmasının 120 illiyi ilə əlaqədar respublika elmi konfransı təşkil edəcək.

Konfransın mövzuları:

- Nazim Hikmət dövründə Türk ədəbiyyatı

- Nazim Hikmət və Azərbaycan

- Nazim Hikmət yaradıcılığının təsir dairəsi

- Nazim Hikmət fikir və sənət aləmində

Şərqşünaslıq İnstitutu “Nazim Hikmət - 120” adlı respublika elmi konfransına tezislərin qəbulunu elan edir.

Tezislər Azərbaycan, türk, rus, ingilis dillərində qəbul edilir.

Məruzə tezisləri Microsoft Word redaktorunda “Times New Roman” şriftilə - 12, sətirlərarası interval 1.5 olmaqla yazılmalıdır. Mətnin əvvəlində ortada böyük və tünd şriftlə məruzənin adı, altında sağ tərəfdə kiçik və tünd şriftlə müəllifin adı, ata adı, soyadı, onun altında isə iş yeri, elmi dərəcəsi və elektron ünvanı göstərilməlidir. Tezisin mətni 1 səhifədən artıq olmamalıdır. Tezislər [email protected] elektron ünvanına göndərilməlidir. Tezislərin qəbulunun son tarixi 01 oktyabr 2022-ci ildir.

Təşkilat komitəsi tezislərin seçilməsi, mətndə düzəlişlərin edilməsi və tezislərin geri qaytarılması hüququna malikdir. Tezislərin qəbulu ilə bağlı daha ətraflı məlumatı “orientalstudies.az” saytından öyrənmək olar.

Ünvan: Bakı şəhəri, H.Cavid pr. 117, AMEA-nın Əsas binası, VII mərtəbə, akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu, 715-ci otaq.

Telefon: (+994 55) 960 24 70

E-mail: [email protected]

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 303
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 718
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 368
Xaricdə təhsil almaq...