“Zəfər dastanı” onlayn respublika şeir və mahnı müsabiqəsinə start verilir

“Zəfər dastanı” onlayn respublika şeir və mahnı müsabiqəsinə start verilir

 

Elm və Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə “Zəfər dastanı” onlayn respublika şeir və mahnı müsabiqəsinə start verilir.

 

28 sentyabr – 23 oktyabr tarixlərini əhatə edən müsabiqənin məqsədi Vətən müharibəsində xalqımızın qazandığı qələbənin tarixi əhəmiyyətini uşaq və gənclərə aşılamaq, hərbi-vətənpərvərlik ruhunu təbliğ etmək, nitq mədəniyyəti, bədii ifaçılıq, şeir, həmçinin incəsənətə olan marağı daha da artırmaq, onların yaradıcılıq bacarıqlarının inkişafına dəstək olmaqdır. 

 

Müsabiqə ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin üzvləri arasında 2 nominasiya (şeir, mahnı) üzrə 2 yaş qrupu (10-14, 15-18) və 2 mərhələdə keçirilir.

 

I mərhələ – 28 sentyabr – 23 oktyabr tarixlərində keçirilir. İlkin mərhələdə şeir və mahnıların qəbulu aparılır. Hər iki yaş qrupu üzrə seçilmiş bir şeir və bir musiqi nömrəsi, eləcə də ifaçı barədə məlumat (adı, soyadı, ata adı, təvəllüdü, təhsil aldığı müəssisə, şəhər, ifa etdiyi mahnı və şeirin adı, şəxsiyyət vəsiqəsinin surəti) videogörüntü ilə birgə Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin elektron poçt ünvanına ([email protected]) göndərilməlidir.

 

II mərhələ – 24 – 28 oktyabr tarixlərini əhatə edir. Bu mərhələdə münsiflər heyəti tərəfindən işlər qiymətləndirilir və qaliblər müəyyənləşdirilir.

 

Müsabiqədə I, II və III yerlərin qalibləri diplomla təltif olunacaqlar.

 

Yekun konsert cari ilin noyabr ayında Bakı şəhərində keçiriləcək.

 

Müsabiqə ilə bağlı sual yarandığı təqdirdə qeyd olunan telefon nömrələri ilə əlaqə saxlanıla bilər: (+994) 12 370 86 22; (+994) 55 701 46 16.



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az