Bazar ertəsi, 7 İyul, 2025

Təchizat üzrə təcrübəçi vakansiyası


  • Dərc edildi: 13 Noyabr, 2024 - 11:21
Təchizat üzrə təcrübəçi vakansiyası

Təchizat üzrə təcrübəçi vakansiyası

 

Ümumi vəzifə öhdəlikləri:

  • Mövcud ERP sistemlərində şirkət üçün satınalma sifarişlərinin hazırlanması;
  • Departamentə yönləndirilən sifarişlərin qeydə alınması, formaların doldurulması və digər sənədləşmə işlərinin icrası;
  • Sifarişlərin və tədarükçülərin işlərinin izlənilməsi;
  • Sifarişlər üzrə ödənişlərin izlənilməsi;
  • Satınalma müqavilələrinin təsdiq edilməsi prosesinin izlənməsi;
  • Mövcud təchizatların dövri dəyərləndirilməsi və yeni təchizatçıların axtarışında köməklik göstərilməsi.

Namizədə qarşı tələblər:

  • Ali təhsil; (Biznes, Maliyyə,İqtisadiyyat, və ya İdarəetmə );
  • Azərbaycan və Rus dillərini yüksək səviyyədə bilmək;
  • MS Office proqramlarından (Excel, Word, PowerPoint) istifadə bacarığı;
  • 1C proqramı və Satınalma proseslərindən ilkin anlayışların olması;
  • Komanda işi və əməkdaşlıq bacarıqları;
  • Güclü ünsiyyət və heyəti idarəetmə bacarıqları.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini elektron poçt ünvanına göndərə bilərlər. CV-lərin qəbulu üçün son tarix 30 noyabr 2024-cü il tarixidir.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Təchizat üzrə təcrübəçi” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. (Qeyd: Gediş-gəliş üçün nəqliyyat xidməti (servis) göstərilir.)

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Xaricdə təhsil alan və Azərbaycanın ali təhsil müəssisələrindən birinə köçürülmək istəyən tələbələrin nəzərinə
01 İyul, 2025 - 09:23 212
Xaricdə təhsil alan ...
“Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin bağlanış mərasimi keçirilib
22 İyun, 2025 - 13:01 90
“Texnologiyanın tətb...
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 277
Məktəbəhazırlıq qrup...