Bazar ertəsi, 1 Sentyabr, 2025

“MathCamp 2024" ÖDƏNİŞSİZ Tələbə Yaz Düşərgəsi


  • Dərc edildi: 22 Fevral, 2024 - 16:25
“MathCamp 2024" ÖDƏNİŞSİZ Tələbə Yaz Düşərgəsi

“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Quba rayonunda  “MathCamp 2024” tələbə yaz düşərgəsinin növbəti mövsümü başlayır! 
 

Düşərgənin keçirilməsində əsas məqsəd tələbələr arasında riyazi təfəkkürün inkişafı üçün yeniliklərə yol açan idrak fəaliyyətinin formalaşdırılması, riyaziyyatın yeni təlim texnologiyalarından istifadə edərək tələbələrdə məntiqi təfəkkürü, təsvir və ixtiraçılıq bacarığının inkişaf etdirilməsi, elmi dünyagörüşünün və  riyazi nəzəri, praktik biliklərinin gücləndirilməsidir.
 

Düşərgədə kimlər iştirak edə bilər:  Ali təhsil müəssisələrinin riyaziyyat, fizika və əlaqəli ixtisaslarında 

🔹 bakalavriat səviyyəsi üzrə təhsil alan tələbələr;

🔹 magistratura və doktorantura səviyyəsində təhsil alan tələbələr;

🔹 qeyd edilən ixtisaslar üzrə son 2 il ərzində məzun olmuş şəxslər.

Düşərgə çərçivəsində təcrübəli müəllim və ekspertlər tərəfindən inteqrativ təlimə, alqoritmik yanaşmaya, məsələlər həllinə və ali riyaziyyat elementlərinin öyrənilməsinə istiqamətlənmiş xüsusi dərslər, seminarlar və vorkşoplar təşkil ediləcək.

Düşərgədə iştirak etmək istəyən namizədlər 15 mart 2024-cü il tarixinədək qeydiyyatdan keçməli və ali riyaziyyat üzrə baza biliklərinin yoxlanılması məqsədilə qiymətləndirmə mərhələsində (tarix barədə öncədən məlumat veriləcək) iştirak etməlidir. Uğurlu nəticə əldə edən namizədlərə düşərgə haqqında ətraflı məlumat təqdim olunacaq. 

Müraciət et

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 975
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 201
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7864
Sumqayıt Dövlət Univ...