Cümə axşamı, 21 Avqust, 2025

Əməliyyat bölməsinin Əməliyyatçısı vakansiyası


  • Dərc edildi: 12 Aprel, 2025 - 11:09
Əməliyyat bölməsinin Əməliyyatçısı vakansiyası

Meqa Həyat Sığorta Şirkəti Sizi Əməliyyat bölməsinin Əməliyyatçısı vakansiyası üzrə birgə çalışmağa dəvət edir.
 


İş barədə məlumat


“Meqa Həyat Sığorta” ASC Sığorta sahəsində təcrübə toplamaq istəyən və universiteti yeni bitirmiş şəxslər üçün Sığorta və Təkrarsığorta şöbəsi Əməliyyat bölməsinin Əməliyyatçı vəzifəsinə vakansiya elan edir.
Namizədə olan tələblər:
• Təhsil: Ali təhsil.
• Dil bilikləri:Azərbaycan dili (əla), rus və ingilis dili arzuolunandır.
• Microsoft Office proqramları ilə mükəmməl səviyyədə işləmə bacarığı.
• Stressə davamlılıq, operativlik, inkişafa meyillilik.
• Şəxsi keyfiyyətlər və bacarıqlar: Yazılı və şifahi kommunikasiya, komandada işləmək bacarığı, intizamlılıq, dəqiqlik, məsuliyyət.
 


Əsas vəzifə öhdəlikləri:


• Daxil olan müraciətlərə əsasən sığorta şəhadətnamələrini hazırlamaq;
• Sığorta şəhadətnamələrini proqram təminatına daxil etmək;
• Sığorta şəhadətnaməsinin hazırlanması üçün müştəri barəsində lazımi məlumat və sənədləri əldə etmək;
• Bütün müştərilər tərəfindən ərizə-anket formasının doldurulmasını təmin etmək;
• Sığorta qaydaları və sığorta şəhadətnaməsinin şərtləri ilə bağlı müştərini məlumatlandırmaq;
• Bağlanmış sığorta şəhadətnamələrini müştərilərdən təhvil almaq, qeydiyyatını aparmaq və arxivləşdirmək.
 


Əmək şəraitinin şərtləri:


• Əmək haqqı: 400 AZN
• İş vaxtı: 5 günlük iş həftəsi saat 09:00-dan 18:00-dək, cümə günü saat 17:00-dək.
• Əsas məzuniyyət hüququ: 30 gün. Əlavə məzuniyyət hüququ: Qanunvericiliyə görə işçiyə düşən digər hüquq və imtiyazlara uyğun verilir.
• Tibbi sığorta təminatı.

Zəhmət olmasa, “mövzu” bölməsində “Əməliyyatçı” qeyd etməklə CV-nizi (foto əlavə edilməlidir) [email protected] ünvanına göndərin. Vakansiya tələblərinə uyğun gələn namizədlər müsahibəyə dəvət alacaq.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 251
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 55
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7153
Sumqayıt Dövlət Univ...