Bazar, 1 İyun, 2025

Tələbə və gənclər üçün "Könüllü Yay Təcrübə Proqramı"


  • Dərc edildi: 20 İyun, 2024 - 11:39
Tələbə və gənclər üçün "Könüllü  Yay Təcrübə Proqramı"

Dəstəkçi İcma Mərkəzi  olaraq təşəbbüskar tələbə və gənclər üçün "Könüllü  Yay Təcrübə Proqramı" elan edirik.



Yay tətilini bizimlə keçirib, həm özünü inkişaf etdirib, təcrübə qazanmaq və həmçinin fəaliyyətimizə töhfə vermək istəyən aktiv gənclərin müraciətlərini gözləyirik.

Dəstəkçi İcma Mərkəzi - müxtəlif saya və  konseptə uyğun təlim, dərs, seminar və  tədbirləri həyata keçirmək üçün, çoxfunksionallı icma mərkəzidir.

 

Təcrübə proqramını uğurla bitirən namizədlər bizimlə ödənişli şəkildə əməkdaşlığa davam etmək şansı əldə edəcək.

Təcrübə proqramının sonunda sertifikat və tövsiyyə məktubu da veriləcək.  


İstiqamətlər:

- Koordinator (təşkilatı bacarıqları olan, sosial şəbəkələrdə aktiv olan, təşəbbüskar, tanıtım işini bacaran, ünsiyyət bacarıqları yüksək olan)
- Sosial Media Meneceri
- Qrafik Dizayner
- Kontent Menecer
- Mobiloqraf/Reelsmaker

Kimləri axtarırıq:

- Təşəbbüskar olan, mərkəzin fəaliyyəti ilə bağlı öz ideya və təkliflərini verən,
- Təşkilati bacarıqları yaxşı olan, təlim və tədbirlərin təşkilatçılığını  layiqincə bacaran,
- Kommunikasiya bacarıqları yüksək olan, mərkəzin fəaliyyəti ilə bağlı müştərilərə effektiv təqdimat etməyi bacaran,
- Tanıtım işində aktiv olan, sosial şəbəkələri aktiv istifadə edən, mərkəzin fəaliyyətini müxtəlif platformalarda tanıda bilən,
- Öyrənməyə həvəsli, uzunmüddətli əməkdaşlığı  düşünən

 İş saatları: növbəli qrafiklə part-time olaraq təyin olunacaq.
Müddət: 3 ay

Müraciət üçün: Yuxarıdakı bütün şərtlərə cavab verən namizadlər CV-ni müraciət etdiyi istiqamətin başlığı ilə [email protected] mail ünvanına göndərsinlər.

Əlavə məlumat üçün əlaqə nömrəsi: +994705386472

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Son müraciət tarixi:  30 iyun

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 125
Lisey və gimnaziyala...
Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara hazırlaşan VI sinif şagirdlərinin nəzərinə!
27 May, 2025 - 01:01 179
Mərkəzi imtahanla qə...
XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası – Azərbaycan Komandası
26 May, 2025 - 15:18 97
XVIII Beynəlxalq Ast...