reklam

Biznes proseslərin və layihələrin idarə olunması üzrə aparıcı mütəxəssis vakansiyası

Biznes proseslərin və layihələrin idarə olunması üzrə aparıcı mütəxəssis vakansiyası

 

"Veysəloğlu" MMC Rəqəmsallaşdırma, transformasiya və layihələr direktorluğunda Biznes proseslərin və layihələrin idarə olunması üzrə aparıcı mütəxəssis vakansiyasını elan edir. 

 

Ətraflı məlumatla aşağıda tanış ola bilərsiniz:

İş yeri:
Bakı şəhəri
İş qrafiki:
Həftənin 5 günü saat 09:00-dan 18:00-dək

Vəzifə öhdəlikləri:

- Yeni biznes proseslərin tətbiqi üçün müvafiq tələblərin incələnməsi və tələbin müəyyənləşdirilməsi;
- Proseslərin effektivliyinin ölçülməsi üzrə zəruri tədbirlərin görülməsi, biznes proseslərin monitorinqinin keçirilməsi;
- Əməliyyat sistemi üzərindən proseslərin izlənilməsi və onların normativ sənədlər formasında tərtib edilməsi;
- Mövcud və gələcək proses vəziyyətlərini vizuallaşdırmaq üçün BPMN kimi metodologiya və alətlərdən istifadə edərək biznes prosesi modelləri yaratmaq
- Biznes proseslərin avtomatlaşdırılması üçün texniki tapşırıqların hazırlanması;
- Biznes prosesləri tənzimləyən daxili normativ sənədlərin hazırlanması və yenilənməsi;
- Birbaşa rəhbərinin tapşırıqlarının vaxtında və keyfiyyətli yerinə yetirilməsi, və sorğu əsasında hesabatın təqdim edilməsi.
- Biznes proseslərin təhlili zamanı aidiyyatı olan struktur vahidlərinin nümayəndələri ilə görüşlərin təşkil edilməsi;
- İş fəaliyyəti ilə əlaqədar ezamiyyətlərin təmin edilməsi.
- Dəyişikliklərin effektiv həyata keçirilməsini təmin etmək üçün müxtəlif şöbələr və idarəetmə səviyyələri ilə koordinasiya və əməkdaşlıq;
- Şirkətin dəyişən ehtiyac və məqsədlərinə uyğun olaraq biznes proseslərinin davamlı olaraq yenilənməsi və optimallaşdırılması;

Tələblər:

- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- MS Office proqramların biliyi (MS Excel, Power BI, MS Visio yüksək səviyyədə); 
- Sahə üzrə beynəlxalq sertifikata malik olması üstünlükdür (Six Sigma Yellow Belt);
- SAP roqramından istifadə təcrübəsi arzuolunandır;
- İngilis və rus dilləri arzuolunandır;
- Məntiqi və analitik düşünmə qabiliyyəti;
- Komandada işləmək bacarığı;
- Problemləri həll etmək bacarığı;

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

– İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
– Nahar ilə təmin edilmə;

Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Biznes Proseslərin və Layihələrin idarə olunması üzrə aparıcı mütəxəssis” qeyd etməklə [email protected] elektron poçt ünvanına və ya https://lnkd.in/erV7EGFR saytına göndərə bilərlər.

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az