Şənbə, 23 Avqust, 2025

“Qərbi Azərbaycanın Gənc Səfirləri" layihəsinə qeydiyyat başladı


  • Dərc edildi: 12 Sentyabr, 2024 - 21:55
“Qərbi Azərbaycanın Gənc Səfirləri" layihəsinə qeydiyyat başladı

 Əziz GƏNC! 

“Qərbi Azərbaycanın Gənc Səfirləri" layihəsində iştirakı açıq elan edirik!

 

 Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, Qərbi Azərbaycan İcması və Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirdiyimiz “Qərbi Azərbaycanın Gənc Səfirləri” layihəsi əslən Qərbi Azərbaycan, o cümlədən digər rayonlarımızdan olan gənclərimizin beynəlxalq əməkdaşlığını dəstəkləmək, seçiləcək gəncləri diplomatik etiket və protokol qaydaları, beynəlxalq münasibətlər və tarix, həmçinin Qərbi Azərbaycan həqiqətləri haqqında dərin biliklərlə yetişdirməkdir.

 Qeyd edək ki, layihəyə paytaxt Bakı ilə yanaşı, həm regionlarda, həm də xarici ölkələrdə yaşayan gənclərimiz qoşula bilər. Region və xarici ölkələrdən qoşulan iştirakçıların görüşlərə online formatda qoşulması təmin ediləcək.

Layihədə iştirak etmək üçün meyarlar:

1. İngilis dili biliyi zəruridir və digər dil bilikləri üstünlükdür;

2. Diplomatiya, BM, hüquq və aidiyyəti ixtisaslarda təhsil almaq üstünlükdür;

3. Müraciət üçün Instagram və ya Facebook (istəyə bağlı olaraq) şəxsi hesablarınızda layihəyə qoşulmağa maraqlı olduğunuza dair hərkəsə açıq (public) paylaşım etməyiniz üstünlükdür;

4. Müraciət etməyiniz üçün Dünya Azərbaycanlıları Gənclər Təşkilatının Instagram, Facebook və X hesablarını izləməyiniz zəruridir;

 Layihə müddətində xüsusi aktivlik göstərmiş 6 nəfər iştirakçıya (3 nəfər canlı, 3 nəfər onlayn olaraq iştirak edən) İngilis dilində rəsmi tövsiyə məktubu təqdim ediləcək və bütün iştirakçılar isə diplomlarla təltif ediləcək.

 Layihə 3 ay ərzində Bakı şəhərində keçirələcək və 18-25 yaş arası Azərbaycan gəncləri müraciət edə bilərlər.

 Qeydiyyatdan keçmək üçün biodakı linkə keçid edin, ətraflı məlumatlarla tanış olun və Qərbi Azərbaycanın Gənc Səfiri olma şansı qazanın!

Son tarix: 30 Sentyabr saat 23.59

Müraciət et

 [email protected]

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 402
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 80
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7277
Sumqayıt Dövlət Univ...