Çərşənbə, 16 İyul, 2025

"İncəsənət Vasitəsilə Təkrar Emal Haqqında Məlumatlılığın Artırılması" Layihəsinə İştirakçı Qəbulu Başladı (ÖDƏNİŞSİZ)


  • Dərc edildi: 12 Aprel, 2023 - 10:56
"İncəsənət Vasitəsilə Təkrar Emal Haqqında Məlumatlılığın Artırılması" Layihəsinə İştirakçı Qəbulu Başladı (ÖDƏNİŞSİZ)

"İncəsənət Vasitəsilə Təkrar Emal Haqqında Məlumatlılığın Artırılması" Layihəsinə İştirakçı Qəbulu Başladı

Ecodemy və Könüllü Gənclər Birliyinin birgə təşkilatçılığı və “İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin” dəstəyi ilə həyata keçiriləcək "İncəsənət Vasitəsilə Təkrar Emal Haqqında Məlumatlılığın Artırılması" layihəsinə qəbul elan edirik!

Layihənin məqsədi incəsənət vasitəsi ilə iqlim dəyişikliyi, ətraf mühit problemləri, həmçinin bərk tullantıların təkrar emalı və təkrar istifadəsi ilə bağlı maarifləndirməni artırmaqdır.

Layihə çərçivəsində Bakı və Mingəçevir şəhərlərində may ayı ərzində 5 gün olmaqla təlimlər və məşğələlər həyata keçiriləcək. Əldə edəcəyiniz bilik və bacarıqlar Sizə təkrar emal məhsullarından istifadə etməklə öz ideyanızı həyata keçirməyə yardımçı olacaq. İyun ayında isə hazırladığınız sənət əsərləri sərgidə nümayiş etdiriləcək.

Əgər Siz də incəsənətlə maraqlanır və öz əl işinizlə təkrar emalın əhəmiyyəti haqqında cəmiyyətə müsbət mesaj vermək istəyirsinizsə, bu layihə elə məhz Sizin üçündür!

Son qeydiyyat tarixi: 20.04.2023

Qeydiyyat linki: shorturl.at/gsQ19


 

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Bu gündən tələbələrin köçürülməsinə başlanılır
15 İyul, 2025 - 11:10 103
Bu gündən tələbələri...
Bağçada tərbiyəçi-müəllim işləmək istəyənlər üçün sənəd qəbulu başlayır
14 İyul, 2025 - 21:50 315
Bağçada tərbiyəçi-mü...
Yeni məzunlar üçün IT sahəsi üzrə yaxşı fürsət var
11 İyul, 2025 - 09:47 4951
Yeni məzunlar üçün I...