Cümə axşamı, 4 Sentyabr, 2025

UX/UI Dizayner vakansiyası


  • Dərc edildi: 8 Fevral, 2024 - 18:54
UX/UI Dizayner  vakansiyası

UX/UI Dizayner 
Vəzifə öhdəlikləri:
-Yeni və mövcud məhsullar üçün istifadəçi interfeysi və istifadəçi təcrübəsi üzrə dizayn həllərinin hazırlanması.
-Mövcud məhsulların çatışmazlıqlarının aşkarlanması və onların müştəri davranışı və rəyləri, biznes strategiyasına əsasən təkmilləşdirilməsi.
-Biznes tələblərinin, müştəri araşdırması nəticəsində aşkarlanan ehtiyacların toplanması və onlara əsasən tədbirlərin formalaşdırılması.
- Hipotezlərin müəyyənləşdirilməsi, test olunması və effektiv qaydada kommunikasiya edilməsi.
-Eskiz, wireframe, diaqram və prototiplərin hazırlanması.
-Müxtəlif metodlarla keyfiyyət və kəmiyyət araşdırmalarının aparılması.
-Məhsul və dizayn həllərinin konseptləşdirilməsi, prototipləşdirilməsi, real müştəri/istifadəçilərlə iterativ testlərin həyata keçirilməsi.
-İstifadəçi təcrübəsi üzrə mətnlərin, məhsulla bağlı yazılı və vizual təlimatların, FAQ kontentin hazırlanması.
-Agile mühitdə çarpaz funksional komanda daxilində Məhsul Sahibi ilə birgə çalışaraq funksional və qeyri-funksional ideyaların formalaşdırılması və yoxlanılması.
-Əlaqəli tərəflərlə effektiv münasibətlərin qurulması və müştəriyönümlü düşüncə tərzinin təşviq edilməsi.
-Məhsulla bağlı yol xəritəsi və strategiyanın formalaşdırılmasında iştirak
Yerli və qlobal bazarların trendlərinin, məhsul innovasiyalarının davamlı izlənməsi.
Təcrübə:
-Uyğun istiqamət üzrə bakalavr təhsili.
-Minimum 1 il məhsul dizaynı və ya UX/UI dizayn üzrə iş təcrübəsi.
-Rəyləri toplamaq, fikirləri strukturlaşdırmaq və məlumatları effektiv şəkildə kommunikasiya etmək bacarığı.
-Agile mühitdə iş təcrübəsi arzuolunandır.

Bilik və bacarıqlar:
-Güclü yazılı və şifahi ünsiyyət bacarıqları.
-Figma, PowerPoint/Keynote proqram təminatlarından peşəkar istifadə bacarıqları.
-Adobe Suite proqram təminatları üzrə bilik və praktiki bacarıqlar arzuolunandır.
-Analitik təhlillərə əsaslanan qərarlar vermək.
-Azərbaycan dilini səlis və ingilis dilini yaxşı səviyyədə bilmək.

Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV nizi [email protected] ünvanına göndərin.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 1102
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 253
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 8099
Sumqayıt Dövlət Univ...