Bakı Höte - Mərkəzi sizi sərgiyə dəvət edir

MÜHARİBƏ DUMANI

İncəsənət sərgisi / 13.10—13.11.2022

Kapellhaus / 28 May küçəsi, 35

“Müharibə qeyri-müəyyənlik məkanıdır. Hərbi fəaliyyətlər və

onların söykəndiyi amillərin dörddə-üçü, nisbətən daha

böyük və ya daha kiçik qeyri-müəyyənliklər dumanında

gizlənir”

KARL FON KLAUZEVİTS, “MÜHARİBƏ HAQQINDA” (1816–30)

Son illər regionumuzun demək olar ki, bütün ölkələri müxtəlif intensivliklərdə

müharibələrə məruz qalıb. Sovet İttifaqının dağılması nəticəsində başgicəlləndirici

silahlı münaqişələrin silsiləsi yarandı.

Müharibə aktları istər-istəməz qarşılıqlı ittihamlarla müşayiət olunur və burada həqiqət

keçilməz “duman səddində” yox olub gedir. Lakin, əsas məsələ, insanların

ölçüyəgəlməz iztirablarının üst-üstə yığılmasıdır…

Ə“bədi sülh haqqında” traktatında, görkəmli alman filosofu İmmanuel Kant müharibəni

sülhü təmin edə biləcək “respublika konstitusiyası” ilə qarşı-qarşıya qoyur. Çünki, əgər

bilavasitə vətəndaşlara “müharibə müsibətləri” ilə bağlı qərar verməyə icazə verilərsə,

onlar çətin ki, belə bir “şər oyuna” başlamaq istəsinlər.

İstənilən halda, bir çox cəmiyyətlər, bütün bu “tərifəlayiq” pasifizmə baxmayaraq, indi

özlərinə sual edirlər: “Yaxşı olmazmı ki, heç olmasa, minimum müdafiə imkanları təmin

edilsin?”

Eyni zamanda, “cəsurluq”, “vətəndaş əzmkarlığı” v“ əvətənpərvərlik” kimi çoxdan

unudulmuş fəzilətlər yenidən üzə çıxır və bu baxımdan, Ukrayna Ərazi Müdafiə

Qüvvələri bunun bariz nümunəsi sayıla bilər (yeri gəlmişkən, Klauzevits bunu “milli

müharibə” adlandırır). Bu yaxınlara qədər “toksik maskulinlik” hesab edilən amil bu gün

cəsarət sayılır. 

SƏRGİ

“Müharibə dumanı” sərgisi Bakı Höte-Mərkəzi tərəfindən Avropa İttifaqı ilə birgə

maliyyələşdirilməsi sayəsində, “Kapellhaus”-un dəstəyi v“ əPlatformart”-ın

koordinasiyası ilə hazırlanıb.

Layihə Azərbaycan, Ukrayna, Qazaxıstan, Norveç, Nigeriya, eləcə də Almaniyadan

olan rəssamları, müharibə faciəsinə çox subyektiv yanaşmağa imkan verən sərgidə bir

araya gətirir. Burada söhbət bir o qədər “sənədli strategiyalar” yox, daha çox insanın

düşdüyü durumdan, Otuzillik müharibənin (1618–1648-ci illər) qızğın çağında, alman

şairi Andreas Qrifiusun “Vətənin göz yaşları” adlı sonetində gileyləndiyi kimi, “bir çox

insanlardan zorla qoparılmış ruhlar xəzinəsi”ndən gedir.

Rəssamlar, hətta simvolik incəsənət səltənətində, sanki alman filosofu Valter

Benyaminin Paul Kleenin “Angelus Novus” (“Yeni mələk”) rəsm əsərindəki mələyə

müraciət etdiyi kimi, “ölülərin oyadılması və dağılmış dünyanın bərpası”nda uğur

qazana bilərlər.

Bir mədəniyyət təsisatı olaraq, biz, bütün baş verənlərin şərhini siyasətçilərin,

generalların və jurnalistlərin öhdəsinə buraxmaq istəmirik. Əksinə, “müharibə

dumanı”nı heç olmasa bir qədər seyrəltmək ümidi ilə, biz, bunu incəsənətin

korlanmamış, sadiq baxışlarına həvalə etmək istəyirik.

RƏSSAMLAR

Karo Akpokiere, Nigeriya ⁄ Almaniya

Orxan Hüseynov, Azərbaycan

Verena İssel, Norveç ⁄ Almaniya

Nikita Kadan, Ukrayna

Dmitro Kozatski, Ukrayna

Mariya Kulikovska, Ukrayna

Almagül Menlibayeva, Qazaxıstan ⁄ Almaniya

Sabina Şıxlinskaya, Azərbaycan

Frank Thiel, Almaniya

KURATOR

Alfons Huq, Bakı Höte-Mərkəzi

Açılış

13.10.2022

19:00

Sərgi

14.10–13.11.2022

Çərşənbə axşamı – Bazar / 14:00–19:00

Giriş sərbəstdir


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az