reklam

Aktiv mobillik və yol hərəkəti təhlükəsizliyi” adlı yeni layihəyə start verilib

Aktiv mobillik və yol hərəkəti təhlükəsizliyi” adlı yeni layihəyə start verilib

Azərbaycan Könüllülər İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Bakı Nəqliyyat Agentliyinin “Nəqliyyat Könüllüləri” proqramının təşkilati dəstəyi ilə “Aktiv mobillik və yol hərəkəti təhlükəsizliyi” adlı yeni layihəyə start verib.

Layihənin icrasının başlıca məqsədi gənclərin yol hərəkəti qaydalarına dair bilik və bacarıqlarının artırılmasının, hərkəs üçün əlçatan, mobil və dayanıqlı şəhər mühitinin yaradılmasının təşviqidir. Noyabrın 18-də tarixində keçirilən layihənin açılış mərasimində Azərbaycan Könüllülər İctimai Birliyinin prezidenti İmaməddin Quliyev, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Beynəlxalq əməkdaşlıq məsələləri üzrə nümayəndəsi Toğrul Məmmədli, “Nəqliyyat Könüllüləri” proqramının rəhbəri, “Avropa Mobillik Həftəsi”nin Azərbaycan üzrə koordintaoru Nahid Quliyev, Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli, "Azərbaycan Dəmir Yolları" QSC  Mətbuat Katibliyi şöbəsinin rəhbəri Natavan Bayramova və “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov iştirak ediblər. Qonaqlar çıxışlar edərək layihə ilə bağlı fikirlərini və təcrübələrini bölüşüblər.

Yol hərəkəti təhlükəsizliyi məsələsinin hər zaman diqqət mərkəzində saxlanılmasının zəruriliyini vurğulayan A.Əsgərli təmsil etdiyi qurumun bu qəbildən olan layihələri dəstəklədiyini qeyd edib.

B.Məmmədov Bakı metropolitenində könüllülərin iştirakı ilə keçirilən layihələrdən bəhs edərək, postpandemiya dövründə könüllülərin rolunun daha da artacağını söyləyib, bu xüsusda nəqliyyat sahəsində könüllülərin layihələrinin də mümkün rolundan danışıb.

Çıxışlardan sonra layihə çərçivəsində hazırlanan “Sehirli Çubuq” sosial çarxının tizeri nümayiş olunub. Filmin çəkiliş qrupunun rəhbəri Tural Rəsulov filimin ideyası haqqında iştirakçılara məlumat verib. 

Layihə rəhbəri İ.Quliyevin qeyd etdiyinə görə layihə çərçivəsində Bakı şəhərində 4 gün ərzində 30 nəfərə yaxın iştirakçıya yol hərəkəti qaydalarına və müasir şəhər mobilliyinin prinsiplərinə dair zəruri məlumatlar veriləcək, yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanması istiqamətində qeyri-formal təhsil metodundan istifadə olunaraq görüşlər və praktiki məşğələlər keçiriləcək. 

Dayanıqlı şəhər mobilliyinin təşviqində könüllülərin iştirakçılığı” ,“Şəhər Mikromobillik Həlləri”,“Dayanıqlı Şəhər Mobilliyinin prinsipləri” və “İctimai Nəqliyyat Mobilliyin əsasıdır” kimi mövzular üzrə keçiriləcək seminarlarda ixtisaslaşmış ekspertlərlə gənclərin görüşləri də təşkil olunacaqdır.

Layihənin sonunda iştirakçılara sertifikatlar təqdim ediləcəkdir.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az