
"Pathtomath" Tələbə Riyaziyyatçılar Klubu və "Bir Könüllü" Tələbə Təşkilatının birgə təşkilatçılığı ilə 24-29 mart 2025-ci il tarixlərində Quba rayonunda tələbələrin yaz düşərgəsi - “MathCamp 2025” təşkil ediləcək.
“Azərbaycan müəllimi” xəbər verir ki, düşərgənin əsas məqsədi tələbələr arasında ali riyaziyyata marağı artırmaq, riyaziyyatın yeni texnologiyalar və süni intellekt sahələrində tətbiqi barədə məlumatlandırmaq və yaz tətili dövründə tələbələrin riyazi biliklərinin gücləndirilməkdir.
İştirak şərtləri:
Düşərgədə aşağıdakı tələbə kateqoriyaları iştirak edə bilər:
• Riyaziyyat, fizika və texniki ixtisaslarda bakalavriat səviyyəsi üzrə III və IV kurs tələbələri;
• Magistratura və doktorantura səviyyəsində təhsil alan tələbələr.
Düşərgə proqramı:
Düşərgə çərçivəsində iştirakçılar üçün aşağıdakı istiqamətlərdə xüsusi hazırlanmış təlimlər keçiriləcək:
• Ali riyaziyyatın əsasları;
• Riyaziyyatın yeni texnologiyalar və süni intellekt sahəsində tətbiqləri;
• Ədədlər nəzəriyyəsi.
İştirakçıların həm öyrənməsi, həm də əylənməsi məqsədilə düşərgədə müxtəlif idman və bilik yarışları təşkil olunacaq. Təlimlərin sonunda bütün iştirakçılar sertifikatla təltif olunacaqlar.
Qeydiyyat prosesi:
Düşərgədə iştirak etmək istəyən tələbələr 8 mart 2025-ci il tarixinədək aşağıdakı link vasitəsilə qeydiyyatdan keçməlidirlər.
Qeydiyyat linki: https://forms.gle/gk99Hn12FjCWsj3U9
Seçilmiş namizədlər "Riyazi analiz" və "Cəbr və ədədlər nəzəriyyəsi" fənləri üzrə baza biliklərinin yoxlanılması məqsədilə təşkil olunacaq test imtahanında iştirak edəcəklər. Test imtahanı mart ayında təşkil ediləcək.
Əlavə məlumat üçün [email protected] elektron poçt ünvanına müraciət edə bilərsiniz.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur