Cümə axşamı, 21 Avqust, 2025

9 illik bazada kolleclərə sənəd qəbulu başlayıb


  • Dərc edildi: 4 Aprel, 2023 - 09:59
9 illik bazada kolleclərə sənəd qəbulu başlayıb

9 illik bazada kolleclərə sənəd qəbulu 2023-cü il aprelin 4-dən 24-dək internet vasitəsilə aparılır. Abituriyentlər Dövlət İmtahan Mərkəzinin (bundan sonra - DİM) internet saytının ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizetex/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər).

9-cu sinfi bu il bitirənlər kolleclərin müsabiqəsində buraxılış imtahanından əldə etdikləri nəticələr əsasında iştirak edirlər. Əvvəlki illərin məzunları isə mayın 14-də qəbul imtahanı verirlər.

Qəbul imtahanının nəticəsi 2 il qüvvədə olduğuna görə 2022-ci ildə qəbul imtahanında (buraxılış imtahanında) iştirak edən abituriyent (topladığı balı cari ilin müsabiqə şərtlərini ödədiyi halda) cari ildə qəbul imtahanında iştirak etməyə bilər.

Elanın tam mətni: https://bit.ly/3GCyxzN

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 251
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 55
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7153
Sumqayıt Dövlət Univ...