Bazar, 6 İyul, 2025

Gənc müəllimlərlə adaptasiya proqramına start verilir


  • Dərc edildi: 16 Noyabr, 2022 - 12:27
Gənc müəllimlərlə adaptasiya proqramına start verilir

Gənc müəllimlərlə adaptasiya proqramına start verilir.

Elm və Təhsil Nazirliyi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən Gənc müəllimlərlə adaptasiya proqramına start verilir.

Noyabr ayının 21-dən etibarən cari tədris ilində yeni işə qəbul olmuş gənc müəllimlərlə adaptasiya proqramına başlanılacaq.

Adaptasiya proqramının məqsədi yeni işə qəbul olunmuş gənc müəllimlərin iş mühitinə və tədris prosesinə rahat uyğunlaşmasına nail olmaqdan ibarətdir.

Proqram çərçivəsində yerli təhsili idarəetmə orqanlarının, təcrübəli məktəb direktorlarının və təlimçilərin təqdimatında “Tədris-pedaqoji sənədlərlə işin təşkili”, “Şagirdlərlə işin təşkili”,  “Öyrədici mühitin yaradılması”, “Uğurlu şagird-valideyn-məktəb tandeminin qurulması” mövzusunda təlimlər, müzakirələr keçiriləcək.

Adaptasiya proqramında iştirak üçün qeydiyyatdan keçmiş namizədlərə Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən ilk dəfə müəllimlər üçün yaradılmış onlayn təlim platformasından (https://agma.az/courses?category=1) ödənişsiz istifadə imkanı yaradılacaqdır.

Adaptasiya proqramında iştirak etmək üçün 18 noyabr tarixinədək aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçə bilərsiniz:

https://forms.gle/AUTBnMsJ8JP54Gx27

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Xaricdə təhsil alan və Azərbaycanın ali təhsil müəssisələrindən birinə köçürülmək istəyən tələbələrin nəzərinə
01 İyul, 2025 - 09:23 199
Xaricdə təhsil alan ...
“Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin bağlanış mərasimi keçirilib
22 İyun, 2025 - 13:01 86
“Texnologiyanın tətb...
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 272
Məktəbəhazırlıq qrup...