Vəzifə öhdəlikləri:
- Veb tətbiqin kodlaşdırma işlərinin həyata keçirilməsi və tətbiqin fəaliyyəti dövründə ortaya çıxan xətaların aradan qaldırılması;
- Növbəti istifadə üçün təkrar istifadə oluna bilən kodlardan və kitabxanalardan istifadə edilməsi;
- Proqramçı səviyyəsində testlərin həyata keçirilməsi
- Yeni texnologiyaların tətbiq edilməsi;
- Platformanın sabitliyinin təmin edilməsi və funksional imkanların əlavə edilməsi üçün komandanın digər üzvləri ilə aktiv müzakirələrdə iştirak etmə;
- Komandaya yeni qoşulan həmkarlara dəstək olma, ehtiyac olduqda komanda daxilində müvafiq təlimlərin keçirilməsi
Namizədə qoyulan tələblər:
- Sahə üzrə 1.5-2 il iş təcrübəsi
- JavaScript, TypeScript, HTML və CSS/SASS dillərində güclü bilik.
- RESTful API və GraphQL ilə təcrübə.
- Git kimi versiyaya nəzarət sistemləri ilə tanışlıq.
- Next.js və React.js ilə iş təcrubəsi
İş şəraiti:
- Ofis daxili;
- İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
- Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
- Əmək haqqının 15 gündən bir ödənilməsi;
- Tibbi sığorta təminatının verilməsi;
- Nahar yeməyinin təmin olunması;
- “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi;
Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi [email protected] email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “Front-end proqramçı” yazılmalıdır.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur