Cümə, 22 Avqust, 2025

PROGRO komandası sizi “Karyera İnkişaf Proqramı”na dəvət edir


  • Dərc edildi: 23 Oktyabr, 2023 - 18:53
PROGRO komandası sizi “Karyera İnkişaf Proqramı”na dəvət edir

PROGRO komandası sizi “Karyera İnkişaf Proqramı”na dəvət edir.


2 aylıq bu proqramda siz təlimçilərimiz tərəfindən karyera planlaması, peşəkar CV, müsahibəyə hazırlıq və s. mövzularda təlimlər, praktik tapşırıqlar, aktiv iş axtarışı, müxtəlif mövzularda təqdimatlar, şirkət nümayəndələri ilə görüşlər kimi bir çox fəaliyyətlərdə iştirak edəcək və iş mühitinə bir peşəkar kimi hazırlaşacaqsınız. 
Eyni zamanda qısa müddət ərzində karyeranızdakı müsbət dəyişikliyin şahidi olacaqsınız. 
Bəs bu proqramda kimlər iştirak edə bilər?
Əgər:
- Uğurlu karyeraya başlamaq;
- Şəxsi və peşəkar inkişafınıza öz potensiyalınız kəşf etmək;
- Həyatdakı seçim imkanlarınızı genişləndirmək istəyirsinizsə;
O zaman TƏLƏSİN!
İştirakçıların seçimi aşağıdakı meyarlara əsasən dəyərləndiriləcək:
 Gəncə, Zaqatala və Sumqayıt ərazisində yaşayan;
18-30 yaş arası;
Orta və ya ali ixtisas təhsili olan;
Fəal surətdə iş axtaran, motivasiyalı və öz üzərində işləməyə meyilli gənclər.
İştirak etmək istəyənləri 25 oktyabr 2023-cü il tarixinədək aşağıdakı müraciət formasından qeydiyyatdan keçməyə dəvət edirik:

https://lnkd.in/greNBYgg 

 Məzunlarımıza beynəlxalq dərəcəli iştirak sertifikatı da təqdim edilir.

 “Karyera İnkişaf Proqramı”nda iştirak tamamilə ödənişsizdir

PROGRO Platforması BMT - nin İnkişaf Proqramı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin birgə əməkdaşlığı çərçivəsində yaradılmışdır və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilir

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 267
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 61
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7159
Sumqayıt Dövlət Univ...