"Veysəloğlu" MMC İnsan Resursları və Korporativ Kommunikasiyalar direktorluğunun İnsan Resursları Əməliyyatları şöbəsi İR əmək haqqı üzrə mütəxəssis vakansiyasını elan edir. Ətraflı məlumatla aşağıda tanış ola bilərsiniz:
İş yeri:
Bakı şəhəri
İş qrafiki:
Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
Vəzifə öhdəlikləri:
- Şirkət əməkdaşlarının aylıq əməkhaqqının (məzuniyyət, xəstəlik vərəqəsi, əlavə iş saatı, mükafatlar) davamiyyət cədvəllərinə əsasən hesablanmasını təmin etmək və vaxtında ödənilməsi üçün müvafiq funksiyaya yönləndirmək;
- İşçilərin məzuniyyət haqlarını, kompensasiyaları, son haqq-hesablarını hesablamaq və vaxtında ödənilməsini təmin etmək;
- Akt, icra və aliment tutulmalarını icra etmək;
- Xəstəlik vərəqələri və ezamiyyətlər üzrə ödənişlərin hesablanmasını həyata keçirmək və vaxtında ödənilməsini təmin etmək;
- Əmək haqqı kartlarının sifarişi və əməkdaşlara təhvil verilməsi;
- Vəzifə dərəcələndirmə, əməkhaqqı və bonus sistemlərini qurmaq və dəyişikliklərin edilməsini həyata keçirmək;
- Əməkhaqqı və digər aidiyyəti maliyyə məsələləri ilə bağlı işçilərin şikayətlərini dinləmək və həll edilməsi üçün müvafiq addımlar atmaq;
- İş proseslərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək və bu proseslərin reallaşdırılmasında iştirak etmək;
- Əmək haqqı təlimatlarının hazırlanmasını təmin etmək və onların optimallaşdırılmasına dəstək olmaq;
- Əmək haqqı üzrə büdcə və proqnozlarının hazırlanmasında iştirak etmək;
- Şirkət üzrə əməkhaqqı büdcəsindən istifadəyə aylıq olaraq nəzarət etmək;
- Görülən işlərlə bağlı gündəlik, həftəlik, aylıq hesabatlar hazırlamaq və birbaşa rəhbərinə təqdim etmək.
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi biliyi;
- Yüksək səviyyədə Azərbaycan (İngilis və Rus dilləri arzuolunandır);
- Yüksək səviyyədə MS Office biliyi (Excel, PP, Word);
- SAP və Bənzər ERP proqaramlarından istifadəetmə bacarığı;
- Güclü analitik və problem həll etmə bacarığı;
- Yüksək səviyyədə kommunikasiya bacarığı (şifahi və yazılı)
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
• İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
• Nahar ilə təmin edilmə.
Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “İR əmək haqqı üzrə mütəxəssis” qeyd etməklə [email protected] elektron poçt ünvanına və ya [email protected] saytına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur