SMM mütəxəssisi vakansiyası

"Mobil Broker" MMC dinamik və yaradıcı SMM mütəxəssisi axtarır.

 

Mobil Group gömrük təmsilçiliyi və beynəlxalq yük daşıma xidmətləri də daxil olmaqla 2017-ci ildən etibarən fəaliyyət göstərən şirkətlər qrupudur. Şirkət yerli və xarici vətəndaşların, o cümlədən sahibkarların ölkəyə idxal və ixrac etdikləri yüklərin gömrük rəsmiləşdirilməsində kompleks həllər təklif edir.

 

Vəzifə öhdəlikləri:

• Hazırlanmış post-plan üzrə qrafikə uyğun düzgün şəkildə paylaşımların icrası,

• Müştərilərin suallarınının düzgün və dolğun şəkildə cavablandırılması və aidiyyatı üzrə şöbələrə yönləndirilməsi,

• Məhsul və xidmətlər üçün sosial media kampaniyalarının keçirilməsinə dəstək və nəzarət,

• Sosial media hesabları üzrə günlük, həftəlik və aylıq hesabatların təqdim edilməsi.

 

Tələblər:

• SMM sahəsində minimal 6 ay iş təcrübəsi

• Rəqəmsal marketinq sahəsində başlanğıc səviyyədə biliklərin olması

• Yeni trendlərin təqib edilməsi

• Komanda və müştəri ilə effektiv ünsiyyət qurma bacarığı

• Azərbaycan dilində qrammatik yazı bacarığı

• Linkedin və Tiktok üçün kontent yaratma bacarığının olması ciddi üstünlükdür

• Rus-dili biliyi ciddi üstünlük, ingilis dili arzuediləndir

• Təşəbbüskarlıq, punktuallıq, kreativlik və dürüstlük

• Korporativ ünsiyyət və yazışma bacarığı

 

İş şəraiti:

• Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə

• Korporativ nömrə ilə təmin edilmə

• 6 günlük iş qrafiki

• Əmək haqqı : (500 AZN + onlayn satış üzrə bonuslar)

• Ünvan – Əhməd Rəcəbli 27B

 

 Müraciət üçün [email protected] ünvanına “SMM mütəxəssisi” başlığı ilə CV -lərinizi göndərə bilərsiniz.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az