reklam

BDU “İlin gənc alimi” nominasiyası üzrə müsabiqə elan edir

BAKI DÖVLƏT UNİVERSİTETİ

2 fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş “İlin gənc alimi” nominasiyası üzrə müsabiqə elan edir

 

2 fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş və mütəmadi olaraq keçirilməsi nəzərdə tutulan “İlin gənc alimi” mükafat müsabiqəsinin məqsədi Bakı Dövlət Universitetinin (BDU) yaşı 35-ə qədər olan, il ərzində aktiv elmi fəaliyyət göstərərək yüksək elmi nəticələrə nail olmuş, təsir (impakt) faktorlu, tanınmış bazalarda indekslənən nüfuzlu jurnallarda və nəşrlərdə elmi məqalələri və digər elmi əsərləri dərc olunmuş, elmi işlərinə istinad olunan, həmçinin yüksək elmi-təşkilati fəaliyyəti ilə fərqlənmiş magistrant, doktorant və əməkdaşlarının mükafatlandırılmasıdır.

 

Müsabiqə qaliblərinin mükafatlandırılması:

Müsabiqə üzrə qaliblər aşağıdakı 2 nominasiya üzrə “İlin gənc alimi” adını alır, diplom və pul mükafatları ilə təltif edilirlər:

  • Təbiət və texnika elmləri üzrə – 1 mükafat (2 000 manat);
  • Humanitar və ictimai elmlər üzrə – 1 mükafat (2 000 manat).

 

Müsabiqəyə təqdim olunan iddia sənədlərinin qiymətləndirilməsi meyarları:

Müsabiqəyə təqdim olunan iddia sənədləri aşağıda göstərilən meyarlar üzrə qiymətləndiriləcəkdir:

  1. 2023-cü ildə dərc olunmuş elmi məqalələrinin ümumi sayı 3-dən az olmamalı, o cümlədən:
  • təbiət və texnika elmləri sahələri üzrə ən azı 1 məqalə Web of Science və ya SCOPUS;
  • humanitar və ictimai elm sahələri üzrə ən azı 1 məqalə Web of Science, SCOPUS, ERIH PLUS, Philosopher's Index, Copernicus, Ulakbim, PsycINFO, EconLit və digər nüfuzlu beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan jurnallarda dərc olunmalıdır (əsli və/və ya surəti, PDF formatda, DOI və internet linki göstərilməklə müsabiqəyə təqdim olunmalıdır);

1.1. beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan jurnallarda dərc olunan məqalələrin qiymətləndirilməsi:

  • Web of Science bazasına daxil olan:

-  Q1 kvartil kateqoriyalı jurnallarda – məqalə sayı × 50 bal;

-  Q2 kvartil kateqoriyalı jurnallarda – məqalə sayı × 40 bal;

-  Q3 kvartil kateqoriyalı jurnallarda – məqalə sayı × 30 bal;

-  Q4 kvartil kateqoriyalı jurnallarda – məqalə sayı × 20 bal;

  • SCOPUS bazasına daxil olan jurnallarda – məqalə sayı × 40 bal;
  • ERIH PLUS, Philosopher's Index, Copernicus, Ulakbim, PsycINFO və ya EconLit bazalarına daxil olan jurnallarda – məqalə sayı × 20 bal;

1.2. digər jurnallarda – məqalə sayından asılı olmayaraq ümumilikdə 20 bal;

  1. 2023-cü ildə dərc olunmuş monoqrafiya və kitablar, atlaslar, icmallar (əsli və/və ya surəti, PDF formatda) – sayı × 30 bal;
  2. 2023-cü ildə alınmış ixtiralar, patentlər (surəti) – sayı × 20 bal;
  3. Elmi işlərə 2023-cü ildə olunan istinadlar (müəllif(lər)in özünə olunan istinadı istisna olmaqla) – sayı × 10 bal (H-indeksi, SCOPUS, Web of Science, Google Scholar üzrə statistika (linklər göstərilməklə)); 
  4. Multidisiplinar və tətbiqi xarakterli elmi işlər (konkret əsaslandırılmaqla)
    – sayı × 10 bal;
  5. Respublika və beynəlxalq konfrans, simpozium və digər tədbirlərdə (o cümlədən, online olmaqla) iştirak (adını və linkini dəqiq göstərməklə, elmi tədbirin proqramının və tezislərinin müvafiq hissələrinin surətlərini əlavə etməklə) – sayı × 5 bal;
  6. Ölkədaxili və xarici qrantlar üzrə işlər (2023-cü ildə, konkret göstərilməklə)
    – sayı × 25 bal;
  7. Tədris fəaliyyəti (2023-cü ildə, konkret göstərilməklə) – 20 bal;
  8. Elmin kütləviləşdirilməsi üzrə fəaliyyət, yığıncaqlarda, ictimaiyyətlə görüşlərdə (o cümlədən, online olmaqla) elmi-kütləvi çıxışlar, TV, radio, internet TV-lərdə çıxışlar, KİV-lərdə müsahibələr, yazılar (surətləri əlavə olunmaqla, böyük həcmli materiallar üçün isə internet linki göstərilməklə) – sayı × 5 bal;

10. Şəxsi professional internet, Research-Gate, Mendeley, Academia, Google Scholar, Linkedin və digər səhifələrinin mövcudluğu (linklər göstərilməklə) – sayı × 5 bal;

 

Müsabiqənin keçirilmə müddəti:

1.  Müsabiqədə iştirak etmək üçün müvafiq sənədlər və digər müşayiətedici materiallar 2024-cü il 07 yanvar tarixindən başlayaraq elektron formada və ya kağız şəklində qəbul olunur;

2.  Müsabiqədə iştirak etmək üçün müvafiq sənədlərin və digər müşayiətedici materialların qəbulu üçün son tarix 2024-cü il 25 yanvar saat 17:00-dır.

 

Müsabiqəyə sənədlərin təqdim olunması:

1.  İddiaçılar müsabiqədə iştirakla bağlı hüquqi sənədləri və digər müşayiətedici materialları (“Müsabiqənin meyarları” bölməsində göstərilmiş materiallar elektron formada) [email protected] ünvanına təqdim etməlidirlər.

2.  Müsabiqədə yalnız BDU-nun magistrant, doktorant və əməkdaşları fərdi şəkildə iştirak edə bilərlər.

3.  Müsabiqə kollektiv mükafatlandırmanı nəzərdə tutmur, hər bir nəşr (məqalə və s.) müsabiqəyə yalnız bir iddiaçı tərəfindən təqdim oluna bilər və bu təqdim olunma həmmüəllif(lər)lə yazılı şəkildə razılaşdırılmalı və bu, müsabiqə sənədlərinə əlavə edilməlidir.

4.  Müsabiqəyə təqdim olunan elmi iş (məqalə və s.) və digərləri (ixtira, patent) müəlliflər qrupu tərəfindən yerinə yetirilmişdirsə, Azərbaycan vətəndaşı olan və xarici həmmüəlliflərin müsabiqənin şərtləri və bu müsabiqədə iştirak haqqında tam məlumatlandırılması üzrə məsuliyyəti elmi işi müsabiqəyə təqdim edən iddiaçı daşıyır.

5.  Digər müvafiq ölkədaxili və ya regional/beynəlxalq mükafat müsabiqələrində mükafatlandırılmış işlər bu müsabiqəyə təqdim edilə bilməz.

6.  Bu müsabiqə çərçivəsində mükafatlandırılan işlər cari ildə BDU üzrə elan ediləcək digər müsabiqələrə təqdim edilə bilməz.

 

Sənədlərin və digər müşayiətedici materialların düzgünlüyünə məsuliyyəti təqdim edən iddiaçı daşıyır. Müsabiqənin keçirilməsi qaydaları və müddəti çərçivəsindən kənar təqdim olunan sənədlər texniki ekspertiza mərhələsindən keçmir və əsas ekspertiza mərhələsinə buraxılmır. Müsabiqəyə kağız formada təqdim edilmiş sənədlər bir qayda olaraq geri qaytarılmır. Müsabiqədə iştirak məqsədilə, o cümlədən ekspertiza mərhələsində saxta sənəd, imza və məlumatların təqdim olunması iddiaçının bu müsabiqədən və gələcəkdə keçiriləcək müsabiqələrdən kənarlaşdırılmasına səbəb olur.

 

Əlavə məlumat üçün:

Tel: (+994 12) 510 59 77

(+994 12) 539 64 58

E-mail: [email protected]


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az