Bazar, 1 İyun, 2025

SUMQAYIT və MİNGƏÇƏVİR GƏNCLƏRİNİN NƏZƏRİNƏ (ÖDƏNİŞSİZ TƏLİMLƏR)


  • Dərc edildi: 6 Yanvar, 2025 - 16:14
SUMQAYIT və MİNGƏÇƏVİR GƏNCLƏRİNİN NƏZƏRİNƏ (ÖDƏNİŞSİZ TƏLİMLƏR)

SUMQAYIT və MİNGƏÇƏVİR GƏNCLƏRİNİN NƏZƏRİNƏ

 

Gənclər və İdman Nazirliyi və UNICEF Azərbaycanın əməkdaşlığı, Dəstəkçi platformasının icraçı dəstəyi ilə  UPSHIFT – gənclər üçün Sosial İnnovasiya Proqramına SUMQAYIT və MİNGƏÇƏVİR şəhərlərində start verilir!


- İdeyalarınızı necə dizayn etməyi, inkişaf etdirməyi və həyata keçirməyi öyrənin;
- Peşəkar təcrübənizi və bacarıqlarınızı inkişaf etdirin;
- İcmanıza və ətraf mühitinizə töhvə verəcək sosial və ya ekoloji problemləri həll edin;
- Eyni maraqları bölüşən və sosial rifah üçün həvəsli olan digər gənclərlə əlaqə qurun;
- Və nəhayət, ideyanızı reallaşdırmaq üçün 2000 AZN maliyyə fürsəti qazanın.


Seçilmiş komandalar müsahibə mərhələsinə dəvət ediləcəklər.

Müsahibəni uğurla keçən komandalar 2025-ci ilin fevral və mart ayları ərzində seçilmiş günlərdə aşağıdakı təlimlərdə iştirak edəcəklər:
-    Maliyyə savadlılığı və sosial sahibkarlıq üzrə təlim
-    UPSHIFT: Sosial İnnovasiya Proqramı üzrə butkamp
 
Tələblər:
- Komandanız ən az 3 nəfərdən, ən çox isə 5 nəfərdən ibarət olmalıdır;
- Komandanızın gender baxımından müxtəlifliyi üstünlükdür;
- Komandanızın bütün üzvləri 16-24 yaş aralığında olmalıdır;
- Komanda üzvləri  Sumqayıt və Mingəçevir şəhərlərində yaşayan və ya həmin regionlar üzrə qeydiyyatlı olan şəxslər olmalıdır;
- Komandanızın təklif edəcəyi sosial  innovativ həll yaşadığınız regionda mövcud (sosial, ekoloji, ətraf mühitlə bağlı və s.)  problemin həllinə yönəlik olmalıdır.

Necə müraciət etməli?
3-5 nəfərlik komanda qurun və müraciəti formasını doldurun.


Qeyd:  Ekoloji və ətraf mühitlə bağlı innovativ, dayanıqlılığı olan biznes və startap yönümlü layihələrə üstünlük veriləcək


Müraciət üçün son tarix: 25 yanvar 2025-ci il


 

Hər-hansı sualınızla bağlı [email protected] bu mail adresinə və ya bu nömrə +994705386472 vasitəsilə əlaqə saxlaya bilərsiniz 

Müraciət üçün aşağıdakı linkə keçid edin

https://forms.gle/PeDgZUkZ6w1YveuXA

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 126
Lisey və gimnaziyala...
Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara hazırlaşan VI sinif şagirdlərinin nəzərinə!
27 May, 2025 - 01:01 180
Mərkəzi imtahanla qə...
XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası – Azərbaycan Komandası
26 May, 2025 - 15:18 98
XVIII Beynəlxalq Ast...