"Kaspi" Təhsil Şirkəti IT üzrə texniki dəstək operatoru vəzifəsi üçün vakansiya elan edir.
Minimum vakansiya tələbləri:
- İnformasiya Texnologiyaları sahəsində bakalavriatura dərəcəsi;
- İT sahəsində 2 il təcrübə;
- Azərbaycan dilində səlis, ingilis və rus dillərində orta səviyyəli dil bilikləri;
- Kollektivlə işləmə və ünsiyyət qabiliyyəti.
Tələb olunan bilik və bacarıqlar:
- Server avadanlıqları üzrə iş təcrübəsi;
- Microsoft texnologiyaları üzrə iş təcrübəsi;
- Windows ƏS üzrə biliklər;
- MS ofis proqramlarında sərbəst iş qabiliyyəti;
- LANs, WANs, şəbəkə seqmentləri, İnternet və İntranet sistemləri üzrə biliklər;
- Texniki analiz qabiliyyəti (texniki problemləri təyin etmək və həll etmək bacarığı);
- Kompüter sistemləri, mobil qurğular və digər texniki məhsullar barədə anlayışlar;
- Access Control system üzrə biliklər (arzu olunandır);
- Security Camera Systems üzrə biliklər (arzu olunandır);
- Windows server 2012 R2 üzrə biliklər (arzu olunandır).
Vəzifə öhdəlikləri:
- İnformasiya texnologiyaları infrastrukturunu yaratmaq və fasiləsiz işini təmin etmək;
- Şəbəkənin qurulmasını və tənzimlənməsini təmin etmək;
- Kompyuter şəbəkələrində yaranmış nasazlıqları aradan qaldırmaq və şəbəkənin monitorinqini aparmaq;
- Məlumatların arxivləşdirilməsini təşkil etmək;
- Sistem və şəbəkə avadanlıqlarını, proqram təminatını quraşdırmaq və yoxlamaq;
- İT dəstək, infrastrukturu və sistemləri idarə etmək.
İş saatları: I-V günlər, 08:00-17:00
İş yeri: “Kaspi Liseyi” Ümumtəhsil Məktəbi MMC
Son müraciət tarixi: 31.10.2024
• Maraqlananlar www.kaspi.edu.az veb səhifəsinin Karyera bölməsində göstərilən İşə müraciət formasını doldurmaqla və ya [email protected] email ünvanına göndərməklə müraciət edə bilərlər.
• Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur