Rossmann Marketinq komandasına POS Marketinq və SMM üzrə Təcrübəçilər axtarışındayıq.
Vəzifə öhdəlikləri:( POS Marketinq)
POS materialların mağazalar üzrə bölgüsü, sifarişin həyata keçirilməsi və izlənilməsi
Çap materiallarının təmin olunmasına nəzarət
Mağaza daxili və xarici reklam işlərini şirkət konseptinə uyğun təşkil etmək
POS marketinq layihələri üzrə mağazalarda ölçülər götürmək və mağazanı brandbook-da qeyd olunan normalar üzrə pos marketinq materialları ilə təmin etmək
İş fəaliyyətinə uyğun olaraq birbaşa rəhbəri tərəfindən bildirilən digər tapşırıqları vaxtında və düzgün yerinə yetirmək
Vəzifə öhdəlikləri: (SMM)
Şirkətin sosial media platformalarına nəzarət etmək
Foto-video çəkilişlərdə iştirak, prosesə nəzarət, istiqamətləndirmə
Sosial mediada gələn sorğu və rəylərin operativ cavablandırılması
Mağazada məhsulllar haqqında story-lərin çəkilməsi
Müsabiqələrin planlaşdırılması və keçirilməsi, qaliblərin təyin olunması
İş fəaliyyətinə uyğun olaraq birbaşa rəhbəri tərəfindən bildirilən digər tapşırıqları vaxtında və düzgün yerinə yetirmək
Tələblər:
Ali təhsil;
Dil bilgiləri: İngilis və Rus dilləri üstünlükdür
MS Office bilikləri
Komanda ilə işləmə bacarığı, çevik, analitik düşüncə və problem həlletmə bacarıqları
Nahar Şirkət tərəfindən qarşılanır və Servis Xidməti mövcuddur.
Maraqlanan namizədlər CV-lərini müvafiq Vakansiyanın adını mövzu hissəsində qeyd etməklə [email protected] ünvanına yönləndirə bilərlər.
Qeyd: Müraciət üçün son tarix: 18.02.2024
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur