Çərşənbə, 3 Sentyabr, 2025

Qarabağ gənclərinin nəzərinə!


  • Dərc edildi: 8 Dekabr, 2022 - 23:11
Qarabağ gənclərinin nəzərinə!

Qarabağ gənclərinin nəzərinə! 

Böyük səbirsizliklə gözlədiyiniz “Birlik” Qarabağ gənclərinin həmrəylik düşərgəsi 17 -21 dekabr tarixlərində Şamaxı rayonunda, Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində keçiriləcəkdir. 

 Əgər sən də şəbəkələşmək, Qarabağda dirçəlişlə bağlı ideyalarını bölüşmək, müxtəlif təlimlər, tematik vörkşoplar, panel müzakirələr, intellektual və komanda inkişafı oyunları vasitəsilə öyrənərək əylənmək istəyirsənsə, elə indi müraciət et və düşərgədə iştirak şansı qazan.

 Azərbaycan Gənclər Fondunun dəstəyi ilə “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən artıq ikinci ildir ki, təşkil olunan düşərgə bu il “Şuşa İli” çərçivəsində daha böyük, daha rəngarəng və daha zəngin proqramla həyata keçiriləcəkdir!

 Düşərgədə iştirak hüququna malik olmaq üçün COVID Pasportu (minimum 2 doza olmaqla) və ya yararlı immunitet sertifikatı mütləqdir.

 Qeydiyyatdan keçən gənclər növbəti mərhələyə uğurla keçdikləri halda müsahibəyə dəvət olunacaqlar.

 Seçimlər zamanı 18-25 yaş arası fəal və yaradıcı Qarabağ gənclərinə üstünlük veriləcəkdir.

 Qeydiyyat üçün link: http://bit.ly/BİRLİK2

 Qeydiyyat üçün son tarix : 12.12.2022, 23:59

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 1063
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 238
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 8041
Sumqayıt Dövlət Univ...