Borcların ilkin təqibi üzrə kiçik mütəxəssis vakansiyası

Borcların ilkin təqibi üzrə kiçik mütəxəssis vakansiyası

 

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa can atan, ən əsası isə “Boa Agency” komandasının bir üzvü olmaq istəyən namizədlər müraciət edə bilərlər.

Boa Agency -  Borcların ilkin təqibi üzrə kiçik mütəxəssis

 

Vəzifə öhdəlikləri:

 

  • Problemli kreditlərin sağlamlaşdırılması və borcların qaytarılması istiqamətində tədbirlərin həyata keçirilməsi;
  • İcraatında olan kredit portfellərinə nəzarət edilməsi;
  • Gecikmə gününə müvafiq olaraq borclulara telefon zənglərinin olunması, gecikmə səbəbinin araşdırılması və ödənişlərin təmin olunması;
  • Borclular tərəfindən olunan ödənişlərin hesabatının verilməsi;
  • Vaxtı ötmüş borclarla işin effektiv şəkildə aparılması;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların dəqiq və düzgün şəkildə icra olunması;
  • Günün sonu görülən işlərlə bağlı rəhbərliyə hesabatın verilməsi.

 

Vakant vəzifə üzrə tələblər:

  • Yaş həddi: 21-30 
  • Ali təhsil
  • Universiteti bitirmiş və yaxud müvafiq vəzifə üzrə 1 ilədək iş təcrübəsi;
  • Office proqramlarında işləmək bacarığı;
  • Azərbaycan dilində səlist danışıq qabiliyyəti, rus və ingilis dili arzuolunandır.
  • Yüksək dərəcədə ünsiyyət və komanda ilə işləmək bacarıqları;
  • Müştərilərlə davranış etikası.
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Bank və yaxud qeyri bank sahəsində, kredit, call center sahəsində müştərilərlə iş təcrübəsi olanlara üstünlük veriləcəkdir.

 

İş şəraiti:

 

  • Əmək haqqı – 400 azn (+1000 manata qədər və daha çox bonus imkanı və loyallıq proqramına əsasən mükafat)
  • İş qrafiki: həftə içi 5 gün, 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
  • Şənbə və bazar istirahət;
  • Nahar fasiləsi: 13:00 – 14:00;

     

Sizə nə təklif edirik?

 

  • AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
  • Rahat ofis və əlverişli iş mühitində çalışma imkanı;
  • Əmək haqqına mükafat və əlavə bonuslar;
  • İş ilinin tamamında vəzifə və əmək haqqı artımı;
  • Korporativ nömrəylə təmin edilmə;
  • Rəsmi dövlət bayramları və xüsusi günlərdə istirahət;
  • Karyera və inkişaf perspektivləri; 
  • Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı.

 

Maraqlanan şəxslər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində mütləq vəzifənin adı yazılmalıdır.

Ünvan: Nəsimi rayonu, 4 mkr., Mir Cəlal küç.36 D; (012) 310 39 21


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az