reklam

“İT xidmətləri üzrə mütəxəssis” vəzifəsi üzrə vakansiya

“İT xidmətləri üzrə mütəxəssis” vəzifəsi üzrə vakansiya

 

“PAŞA Technology” Məhdud Məsuliyyətli Cəmiyyət (“PAŞA Technology” və ya “PAŞA Technology” MMC) İT xidmətlər provayderi olaraq 2018-ci ildə yaradılıb.

"PAŞA Technology"-nin məqsədi "PAŞA Holding” MMC-nin törəmə şirkətləri üçün və Azərbaycan bazarında İT xidmətləri, "Cloud Computing", kiber təhlükəsizlik əməliyyatları və məlumatların emalı mərkəzinin idarə edilməsi xidmətlərini təmin etməkdir.

 

Hal-hazırda “PAŞA Technology” MMC İT xidmətləri üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

 

               Əsas öhdəliklər:

   

  • İnsidentlərin idarə edilməsi üçün 1-ci səviyyəli yardımın göstərilməsi və son-istifadəçi avadanlıqları, periferiya qurğuları, proqram təminatı və tətbiqlərlə bağlı  son istifadəçi və müştərilərin sorğularının həyata keçirilməsi;
  • Müvafiq bilet sistemində qeydə alınmış İT Dəstək Xidməti problemləri ilə bağlı daxil olan sorğulara nəzarət etmək və operativ cavab vermək;
  • Təsdiq edilmiş proqram buraxılışlarına uyğun olaraq təkmilləşdirmələr və konfiqurasiya da daxil olmaqla, müştəri hesablama resursları saxlamaq;
  • Təsdiq edilmiş proqram təminatı siyahısına, xüsusi təşkilati ehtiyaclara və biznes proseslərinə uyğun olaraq müştərilərin təşkilatlarına yeni istifadəçilərin daxil olmasına köməklik etmək;
  • Aktivləri İdarəetmə sistemlərində bütün avadanlıqların, proqram təminatının, lisenziyaların və abunəliklərin davamlı olaraq yenilənməsi və ən son inventarının saxlanılması;
  • Təlimatlara uyğun olaraq təsirin azaldılması və bərpa fəaliyyətlərinə köməklik göstərmək;
  • NOC tərəfindən bağlanan əsas işlər üzrə İnsident Sonrası Təhlildə iştirak etmək;
  • Ümumi şəbəkə problemlərini ayırmaq və diaqnostika etmək üçün şəbəkə problemlərini aşkar etmək;
  • İdarə olunan xidmətlərlə bağlı texniki yardım üçün telefon və digər elektron vasitələrlə daxil olan sorğulara cavab vermək;
  • İnsident idarəetməsi ilə bağlı sorğulara vaxtında (sənədləşdirilmiş xidmət səviyyəsi haqqında müqavilələr çərçivəsində) cavab vermək və onların yerinə yetirilməsini tələb etmək;
  • Məlumatların daxili şəkildə və müştərilərə effektiv şəkildə ötürülməsi üçün  fəaliyyətləri “PAŞA Technology ticket system”-ində müvafiq sorğuları sənədləşdirmək;
  • Müştərilərin idarə olunan cihazları vasitəsilə şəbəkə və ya bulud resurslarına çıxışı ilə bağlı ehtiyac və suallarına cavab vermək;
  • Müəyyən edilmiş siyasət, prosedur və təhlükəsizlik praktikalarına əməl etmək;
  • Problemləri müstəqil həll etmək və eskalasiya prosedurlarını başa düşmək;
  • Proses və siyasətlərə davamlı yardım və uyğunluğun təmin edilməsi: İTİL (İnformasiya Texnologiyaları İnfrastrukturu Kitabxanası), problemlərin idarə olunması, texniki dəstək xidmətinin idarə olunması, dəyişikliklərin idarə olunması, əməliyyatların monitorinqi və fəaliyyətin məruzə edilməsi;
  • Əməliyyatların səmərəliliyi, tapşırıqlar və layihələri müzakirə etmək üçün tərəfdaşlarla müntəzəm rəsmi görüşlərdə iştirak etmək;
  • Təkrarlanan insidentlərin, problemlərin və çatdırılmayan layihə mərhələlərinin xidmət şöbəsinin rəhbərinə/İnfrastruktur rəhbərinə məruzə edilməsi.

 

                   Tələb olunan bilik və bacarıqlar:

                  

                    Təhsil:

 

  • Texniki sahədə ali təhsil.
  • Mühəndislik və ya kimi texniki sahələr üzrə dərəcəyə üstünlük verilir.

 

                   Təcrübə və bacarıqlar

 

  • Texniki Dəstək və ya bənzər vəzifədə minimum 2 il təcrübə.
  • İnsanlarla ünsiyyət qurmağa meylli, ünsiyyətcil.
  • Baza şəbəkə diaqnostikası bacarıqları.
  • Baza Linux CLI bacarıqları.
  • Baza Windows Əməliyyat Sistemi bacarıqları.
  • Məşğul komandada yaxşı işləmək, tez öyrənmək və bir çox məsələlərin öhdəsindən gəlmək bacarığı.
  • Güclü analitik bacarıqlar və müxtəlif mənbələrdən məlumat toplama və şərh etmə bacarığı.
  • Qüsurları qiymətləndirmək, prioritetləşdirmək, müvafiq olaraq cavab vermək və ya eskalasiya etmək bacarığı.   
  •  Biliyini artırmaq və özünü inkişaf etdirmək təşəbbüsü.
  • Gündəlik əməliyyatlarda dürüst olmaq:  hər zaman düzgün addımları düzgün yollarla atmaq.
  • Əməliyyat keyfiyyətini dəstəkləmək.
  • Təşkilat daxilində həmkarlar və təchizatçılar/ortaqlar arasında yaxın əməkdaşlıq prinsiplərini dəstəkləmək.           

 

    Kompüter Bilikləri

 

  • Microsoft Windows OS, MAC OS, Linux (üstünlük kimi) əməliyyat sistemlərində işləmə bacarığı.
  • MS Office proqramları and Microsoft Bulud məhsulları və abunəlikləri illə işləmə bacarığı.
  • Data Mərkəz mühitində və Tier standartları barədə biliklər üstünlükdür.
  • Bulud modelləri və Bulud məlumat təhlükəsizliyi barədə biliklər üstünlükdür.

                  

 

                      Dil bilikləri:

 

  • Azərbaycan, Rus və İngilis dilində sərbəst ünsiyyət qurmaq.

 

Son müraciət tarixi: 18 mart  2025-ci il.

Müraciət etmək istəyən namizədlər vakansiyanın adını “mövzu” bölməsində qeyd etməklə CV-ni [email protected] ünvanına göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün  vakansiyanın tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanacaq


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az