“Techcell” hakatonunun qeydiyyatına start verildi

Azercell Telecom LLC-nin dəstəyi və Azərbaycan-Fransız Universitetinin təşkilatçılığı ilə həyata keçən “Techcell” hakatonunun qeydiyyatına start verildi.

Azərbaycanın bütün ali təhsil müəssisələrində oxuyan tələbələri əhatə edən bu hakatonda iştirakçılar informasiya texnologiyaları, kibertəhlükəsizlik və mobil şəbəkə sahələrinə aid real tapşırıqlar üzərində işləyəcəklər.

Adı çəkilən sahələrdə baza biliklərinə sahib olan tələbələr üç nəfərlik qrup formalaşdıraraq ərizələrini may ayının 6-dək təsdiq etməlidirlər. İlkin dəyərləndirmə prosesi bitdikdən sonra 30 komanda hakatonun final mərhələsində ozünü sınamaq imkanı əldə edəcək. 

Hakaton 18-19 may tarixlərində UFAZ-da baş tutacaq və qaliblər may ayının 27-də açıqlanacaq. İlk üç yerin sahibləri dəyərli hədiyyələrlə təltif olunacaqlar.

Qeydiyyat linki: https://hackathon.ufaz.az/registration/

Tələbələr hakatonun ümumi qaydaları, qiymətləndirmə meyarları və qeydiyyat qaydaları ilə hackathon.ufaz.az saytında tanış ola, bütün suallarını [email protected] elektron ünvanı vasitəsilə təşkilatçılara yönləndirə bilərlər.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az