Şənbə, 10 May, 2025

"Sətəm üzrə mütəxəssis" vakansiyası


  • Admin:
  • | Dərc edildi: 14 Noyabr, 2024 - 11:47
"Sətəm üzrə mütəxəssis" vakansiyası

"OBA Market MMC" `də "Sətəm üzrə mütəxəssis" vakansiyası aktivdir!

 

Ümumi məlumat

 

OBA Marketlər şəbəkəsi "Sətəm üzrə mütəxəssis" vakansiyası üzrə işə qəbul elan edir!
 

Maraqlanan namizədlər öz CV-lərini e-mailin mövzu hissəsində “Sətəm üzrə mütəxəssis” qeyd edərək  [email protected]  elektron poçt ünvanına göndərə bilər yaxud qeyd olunan əlaqə nömrəsinə müraciət edə bilərlər.

 

Öhdəliklər

 

-        İş yerlərində əməyin mühafizəsinin düzgün yerinə yetirilməsinə nəzarət etmək;

-        İş yeri sahələrinin profilaktikasını və əmək şəraitinin yaxşılaşdırılmasını təşkil etmək.

-        Bədbəxt hadisələrin təhqiq olunmasında iştirak etmək və İZ formalı aktı tərtib etmək.

-        Şöbə müdirinin,dövlət nəzarət orqanlarının göstərişlərinin yerinə yetirilməsi,nəzarət nəticəsində aşkar edilmiş nöqsanların aradan qaldırılması üzrə müvafiq tədbirlər həyata keçirmək.

-        İş yerlərində əməyin təhlükəsizliyi üzrə nişanların (xəbərdaredici,göstərici və s.) və lövhələrin siyahısını tərtib etmək.

-        Əməyin təhlükəsizliyi üzrə təlim proqramının təşkilində iştirak etmək və təsdiq olunmuş proqram üzrə işçilərə  təlimlər keçmək;

-        Qurğu və avadanlıqların vaxtaşırı sınaqlarının, qoruyucu və fərdi mühafizə vasitələrinə, qurğulara texniki baxışın keçirilməsinə nəzarət etmək;

-        İşçilər və bilavasitə işə rəhbərlik edən şəxslər tərəfindən təhlükəsizlik qaydalarına əməl edilməsinə nəzarət etmək;

-        Müəssisədə istismar olunan yüksək təhlükəli obyekt və avadanlıqların, habelə təhlükəsizlik və nəzarət cihazlarının texniki vəziyyəti barədə sənədləşdirmənin düzgün aparılmasına nəzarət etmək;

-         İstehsalat sahələri üçün əməyin mühafizəsi məsələlərinə aid normativ texniki sənədlərin alınması üçün tələbnamə tərtib etmək;

-        İşçilərin fərdi mühafizə vasitələri ilə təmin olunması və FMV-dən düzgün istifadə olunmasına nəzarət etmək.İş yerlərində risk analizi aparmaq, risklərin idarə olunması üzrə tədbirlərin həyata keçirilməsinə nəzarət etmək;

-        Struktur rəhbərlərinin işçilərə ilkin və təkrar təlimat keçmələrinə nəzarət etmək, təlimatların qeyd jurnallarının vəziyyətini yoxlamaq;

-        Əməyin və ətraf mühitin mühafizəsi norma və qaydaları üzrə aşkar etdiyi pozuntuların aradan qaldırılması barədə bütün vəzifəli şəxslərə və mütəxəssislərə icrası məcburi olan göstərişlər vermək.

 

Tələblər

 

·       Təhsil səviyyəsi: Ali

·       İş təcrübəsi: müvafiq sahə üzrə 1 il iş təcrübəsi;

·       Müvafiq qanunvericilik aktları və normalarını üzrə biliklər;

      Avtomobilin olması üstünlükdür.

·       Müvafiq sahə üzrə Sertifikatlar arzuolunandır;

·       Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqlarıMəsuliyyətli, çevik, stressə dözümlülük səriştələri

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 298
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 713
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 365
Xaricdə təhsil almaq...