Bazar ertəsi, 25 Avqust, 2025

"Təbiət sənin gözündə” adlı yeni foto müsabiqəyə start verilir


  • Dərc edildi: 3 Mart, 2023 - 11:12
"Təbiət sənin gözündə” adlı yeni foto müsabiqəyə start verilir

"Təbiət sənin gözündə” adlı yeni foto müsabiqəyə start verilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 02 mart 2023-cü il tarixindən etibarən yeni foto müsabiqələrə start verilir. Belə ki, hər müsabiqə bir mövzuya həsr olunacaq, ən yaradıcı və daha çox diqqətçəkən fotolar səsverməyə qoyulacaq.

 İlk müsabiqə 22 mart - Dünya Su Günü ilə əlaqədar “Su mənbələri sənin gözündə” mövzusuna həsr olunub.

Müsabiqədə iştirak üçün şərtlər aşağıdakı kimidir:

Müsabiqədə iştirak üçün fotoların qəbulu: 02 mart – 19 mart 2023-cü il

Müsabiqədə fotoların səsvermə müddəti: 19 mart - 22 mart 2023-cü il

Müsabiqədə iştirak edəcək fotoların təsviri: dəniz, buzlaq, çay, göl, şəlalə və su hövzələri ilə bağlı digər fotolar;

Fotolar Azərbaycan təbiətinə məxsus olmalı, çəkilən ərazinin adı email-də qeyd olunmalıdır;

Müsabiqədə hər bir iştirakçı yalnız bir fotoşəkillə iştirak edə bilər;

Müsabiqəyə təqdim olunan fotolar müəllif tərəfindən şəxsən lentə alınmalı, orijinal olmalıdır;

Fotoşəklin plagiat olduğu müəyyən olunduğu təqdirdə iştirakçı müsabiqədən kənarlaşdırılacaq;

Müsabiqəyə təqdim olunan işlər çərçivəsiz, üst yazıları (ad, simvol, logo) olmadan, kollaj və dizayn manipulyasiyalarından istifadə olunmadan qəbul olunur;

Fotoşəkillər aydın, keyfiyyətli formatda çəkilməlidir.

 Şəkillər [email protected] elektron ünvanına göndərilməlidir. Fotoları göndərərkən e-maildə iştirakçının ad-soyadının, əlaqə nömrəsinin qeyd edilməsi mütləqdir.

 Müsabiqənin qiymətləndirilməsi və mükafatlandırılması:

Səsvermədə qalib olan ilk 3 yerin sahibi aşağıdakı kimi mükafatlandırılacaq:

I yer - 500 AZN

II yer - 300 AZN

III yer - 200 AZN

Müsabiqə ilə bağlı suallarınızı qeyd olunan email ünvanına yaza bilərsiniz:

E-mail: [email protected]

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 493
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 97
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7376
Sumqayıt Dövlət Univ...