ÖLKƏNİN YEGANƏ MİLLİ POÇT OPERATORU “AZƏRPOÇT” MMC AŞAĞIDAKI REGİONLAR ÜZRƏ Baş Mühasib VAKANSİYASINI AÇIQ ELAN EDİR:
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
-Şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
-Filialın məqsəd və hədəfləri istiqamətində çalışır;
-Şöbənin işçiləri arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir;
-Şöbənin işçilərinin əmək və icra intizamına riayət etmələrinə nəzarət edir və onların davranışlarının etik davranış qaydalarına uyğunluğunu müntəzəm təhlil edir;
-Filialın maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətini təşkil və nəzarət edir;
-Filial və poçt şöbələri tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edir;
-Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və uçotunu təşkil və nəzarət edir;
-İş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət edir;
-İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, əmtəə, mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət edir;
-Maliyyə intizamına ciddi əməl edilməsini, inzibati, təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin edir;
-Müştərilərdən köçürmə yolu ilə Filialın hesabına daxil olan ödəmələrin kompüter proqramına daxil edilərək gündəlik kassa qalığının yoxlanılmasına nəzarət edir;
-Filial adından ödəmə aparılarkən köçürmə sənədlərinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət edir;
-Filialın Baş xəzinəsinin gündəlik fəaliyyətinə nəzarət edir;
-Tabeli poçt şöbələrində göstərilən xidmətlərdən əldə edilən nağd pul vəsaitlərinin vaxtında və düzgün mədaxil olunmasına və Baş xəzinəyə göndərilməsinə gündəlik nəzarət edir;
-Baş xəzinədə və poçt şöbələrinin kassalarında qəfləti yoxlamaların aparılmasına nəzarət edir;
-Rəhbərliyin tapşırığına uyğun olaraq fəaliyyət istiqaməti üzrə digər işləri yerinə yetirir.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
-Ali iqtisadi təhsili;
-Mühasibatlıq və iqtisadiyyat sahəsində ən azı 1 illik iş təcrübəsi;
-Kollektivdə işləmək qabiliyyəti;
-İnsanlarla tez ünsiyyətə girə bilmək qabiliyyəti;
İŞ YERİ:
1. Mingəçevir PF
2. Qobustan PF
3. Göyçay RPF
4. Ağstafa PF
Maraqlananlar, öz CV-lərini “Baş mühasib” başlığı ilə [email protected] ünvanına göndərə bilərlər.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur