Cümə, 22 Avqust, 2025

Sənədlərin qeydiyyatı və dövriyyəsi bölməsinin kiçik mütəxəssisi vakansiyası


  • Dərc edildi: 22 Fevral, 2023 - 14:24
Sənədlərin qeydiyyatı və dövriyyəsi bölməsinin kiçik mütəxəssisi vakansiyası

“Kapital Bank” ASC namizədləri Hüquq və komplayens idarəsinin Korporativ katiblik şöbəsinin Sənədlərin qeydiyyatı və dövriyyəsi bölməsinin kiçik mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

 

Öhdəliklər

 

  • Daxil olmuş xidməti sənədləri və digər korrespondensiyaları qəbul etmək;  
  • Zərflərin və ya bağlamaların salamatlığını müəyyənləşdirmək; 
  • Zərf açılarkən sənədlərin çatışmadığı, zədələndiyi, nömrələrin zərfin üstündə göstərilən nömrələrə uyğun gəlmədiyi, əməkdaşın adının səhv, yaxud natamam yazıldığı, həmçinin bu tipli digər problemlər aşkar edilərsə aidiyyatı üzrə araşdırmaq;  
  • Bankın filiallarından, digər təşkilatlardan, həmçinin vətəndaşlardan daxil olmuş və göndərilən sənədlərin qeydiyyatını aparmaq, sənədləri çatdırılması üçün şöbənin digər əməkdaşına təhvil vermək;
  • Telefon zənglərinə cavab vermək, əməkdaşlara müfafiq dəstək göstərmək;  
  • Banka gələn qonaqları qarşılamaq, şəxsiyyət vəsiqələrini qəbul edərək qeydiyyatdan keçirmək və qonaqları aidiyyəti üzrə yönləndirmək;  
  • Banka gələn müştəriləri dinləmək,qeydiyyatını aparmaq və aidiyyatı üzrə yönləndirmək;  
  • Əmək müqaviləsi, Şöbənin əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra etmək; 
  • Birbaşa rəhbəri, İdarə Heyəti sədri, tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, filialın Əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirmək və s.

 

Tələblər

 

  • Ali təhsil;
  • Azərbaycan dilində səlis yazı və danışıq qabiliyyəti; 
  • Rus dili mütləqdir, ingilis dili arzuolunandır;
  • Bankçılıq sahəsi haqqında ilkin anlayış;  
  • Tez öyrənmə bacarıqları, problemlərin həlli və ya həll yolları təklif etmə;
  • Detallara diqqət, dəqiqlik və təcili işlərə həssaslıq; 
  • Microsoft Word, Excel və internetdə işləmə bacarığı; 
  • Təşəbbüskarlıq və məsuliyyətlilik qabiliyyəti. 

 

Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 271
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 61
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7159
Sumqayıt Dövlət Univ...