Bazar, 8 İyun, 2025

Marketinq üzrə Baş analitik vakansiyası


  • Dərc edildi: 10 İyun, 2023 - 14:23
Marketinq üzrə Baş analitik vakansiyası

“Bank Respublika” ASC Marketinq üzrə Baş analitik vakansiyasını elan edir.

 

Ümumi vəzifə öhdəlikləri:

  • Bazar araşdırmalarının həyata keçirilməsi;
  • Müştərilər arasıda sorğu, intervyu və fokus-qrupların keçirilməsi;
  • Daxili müştəri təcrübələrinin araşdırılması, müvafiq CJM xəritələrinin hazırlanması;
  • Makroiqtisadi və sektor üzrə analitik hesabatların hazırlanması;
  • Rəqiblərin məhsul və təklifləri üzrə mütəmadi analitik hesabatların hazırlanması;
  • Rəqəmsal satış kanalları üzrə müvafiq analitik hesabatların hazırlanması;
  • Marketinq xərclərinin effektivliyinin ölçülməsi və buna uyğun hesabatların hazırlanması;
  • Rəqəmsal məhsullar üzrə müştəri davranışlarının analitikası;
  • Vendorlarla əlaqələrin qurulması və işlərin aparılması;
  • Müştəri məlumatlarının analitikası, müvafiq patternlərin tapılması və onlara uyğun təkliflərin hazırlanması.

Namizədə qarşı tələblər:

 

  • Ali təhsil (Marketinq, Biznesin təşkili, Reklam, Rəqəmsal Marketinq üzrə təhsil arzuolunandır);
  • İş təcrübəsi: Bank sektorunda müvafiq sahədə və ya bank məhsulları ilə 1 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili (əla); Rus dili yaxşı səviyyədə arzuolunandır;
  • Excel, Power BI bilikləri (SQL bilikləri arzuolunandır);
  • Yüksək səviyyədə ünsiyyət və təqdimat bacarığı;
  • Strateji düşünmək və problemləri həll etmək qabiliyyəti;
  • Komandada və bankın digər funksional strukturları ilə işləmək bacarığı.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 23 iyun 2023-cü il tarixinədək emailin mövzu hissəsində Marketinq üzrə Baş analitik qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlərə baxılmaya bilər. 

 

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 135
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 308
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 85
Elm və təhsil naziri...