Korporativ kreditlər üzrə aparıcı mütəxəssis/baş mütəxəssis (Bakı filialları) vakansiyası

"AFB Bank" ASC Korporativ kreditlər üzrə aparıcı mütəxəssis/baş mütəxəssis (Bakı filialları) axtarışındadır !

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 
 
Ali təhsil;
Bank və ya bank olmayan kredit təşkilatında 2 il iş təcrübəsi;
Bank qanunvericiliyi bilikləri;
Azərbaycan dilində sərbəst danışıq bacarığı;
Analitik təhlil, ünsiyyət və komandada işləmək bacarığı;
MS Office proqramlarında (MS Excel, MS Word) işləmək bacarığı;
Məsuliyyətlilik və dəqiqlik.
 
 
İŞİN TƏSVİRİ:
 
Bankın kredit məhsullarının təşviqatını aparmaq, onlara dair müştərilərin tələb, təklif və arzularını öyrənərək təhlil etmək və filialın maksimal gəlir əldə etməsi üçün bu barədə müvafiq təkliflərlə çıxış etmək;
Bankın kredit məhsullarının satışını təşkil etmək, müştəri cəlbi ilə birbaşa məşğul olmaq və müştərilərlə müvafiq danışıqları aparmaq;
Korporativ və KOS (SME) kredit müraciətləri üzrə tələb edilən sənədlərin toplanması, təhlil edilməsi və Kredit Komitəsinə çıxarılmasını təmin etmək;
Mütəmadi olaraq bank bazarını öyrənmək, yeni bank metod və texnologiyalarının tətbiq edilməsi üzrə təkliflər vermək;
Formalaşdırılmış kredit portfelinin idarə olunmasında və nəzarət olunmasında birbaşa iştirak etmək;
Bankdaxili prosedurlara uyğun olaraq həm yeni kredit müraciətləri üzrə, həm də verilmiş kreditlər üzrə kameral və səyyar monitorinqləri həyata keçirmək;
Bankdaxili prosedurlara uyğun olaraq problemli kreditlərin idarə olunmasını və ödənilməsini təşkil etmək;
Fəaliyyəti ilə bağlı müxtəlif hesabatlar hazırlamaq.

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Korporativ kreditlər üzrə aparıcı mütəxəssis/baş mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az