Cümə axşamı, 21 Avqust, 2025

Daxili Audit departamentinə maaşlı təcrübə proqramı


  • Dərc edildi: 7 Avqust, 2023 - 09:41
Daxili Audit departamentinə maaşlı təcrübə proqramı

Universal Group of Companies Daxili Audit departamentinə ödənişli təcrübə proqramı elan edir!

UNIVERSAL Şirkətlər Qrupu Qafqaz regionunda aparıcı layihə əsaslı həll təminatçılarından biridir. 1998-ci ildən biz regionun tikinti və neft-qaz sahəsində etibarlı təchizatçılarıyıq. Biz hər cür layihələri təmin etmək və həyata keçirmək üçün uzunmüddətli tərəfdaşlıq qururuq və müxtəlif sahələrdə daim inkişaf edərək zamanla ayaqlaşmağa çalışırıq. UNIVERSAL Şirkətlər Qrupu 4 əsas təşkilatdan ibarətdir: Universal PRO MMC, Leading Supply Solutions MMC, AZLIFT MMC, A-Z GLOBAL MMC. Bu şirkətlərin hər biri Azərbaycan bazarında Korporativ və Topdansatış kateqoriyalarının əsas oyunçularından biridir və Türkiyə, Gürcüstan, BƏƏ və Özbəkistanda ofisləri var.

İş təcrübəsi olmayan, lakin öyrənməyə həvəsli gənclərə iş prosesi peşəkar əməkdaşlarımız tərəfindən öyrədiləcək.

Əsas öhdəliklər:
- Audit fəaliyyəti üzrə təsəvvür formalaşdırmaq;
- Daxili audit sənədlərini aydın və dəqiq şəkildə sənədləşdirmək;
- Audit hesabatlarının və təqdimatlarının hazırlanmasında dəstək olmaq;
- Gündəlik audit işlərində audit komandasına dəstək olmaq.

Tələb olunan bilik və bacarıqlar:
- Audit, Mühasibatlıq, Maliyyə və ya digər əlaqəli sahələr üzrə bakalavr dərəcəsi (universiteti yeni bitirmiş namizədlər arzuolunandır);
- Yüksək ünsiyyət və yazı bacarıqları;
- Məntiqi təfəkkür və riyazi biliklər;
- Problemləri həll etmə bacarığı;
- Microsoft Office proqramlarını bilməli;
- İşgüzar və məsuliyyətli olmalı.

Əlavə məlumatlar:
İş qrafiki: Bazar ertəsi-Cümə, 09:00-18:00;
İş yeri: Baki şəhəri, Hyatt Towers 3;
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Daxili audit üzrə təcrübə proqramı” yazaraq 12.08.2023-cü il tarixinədək [email protected] ünvanına göndərilməsi xahiş olunur.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 229
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 34
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7142
Sumqayıt Dövlət Univ...