Çərşənbə, 6 Avqust, 2025

İnsan Resursları / Əmək haqqı üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya


  • Dərc edildi: 15 May, 2023 - 22:26
İnsan Resursları / Əmək haqqı üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya

PAŞA Kapital İnvestisiya Şirkəti QSC potensial namizədləri İnsan Resursları / Əmək haqqı üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Maraqlanan şəxslər elektron məktub başlığında “İnsan Resursları / Əmək haqqı üzrə mütəxəssis” qeyd etməklə öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.

Vəzifə öhdəlikləri:
·  Qanunvericiliyin tələblərinə uyğun işçilərin işə qəbulu, əmək şəraitinin dəyişdirilməsi, işdən azad olunması və digər kadr proseslərinin sənədləşdirilməsinin təşkili və nəzarəti;
·    Məzuniyyət qrafikinin tərtib edilməsi, məzuniyyət əmrlərinin yazılmasının və qeydiyyatının aparılması;
·    Əmək kitabçalarının açılması, qeydiyyatı, lazımi məlumatların daxil edilməsi və işdən çıxan işçilərə təhvil verilməsi;
·    İşçilərin aylıq davamiyyətinin izlənilməsi və hesabatların hazırlanması;
·    İşçilərin şəxsi işlərinin hazırlanması və düzgün aparılması;
·    Kadr kargüzarlığına dair sənədləşmələrin aparılmasının təmin edilməsi;
·    EMAS portalında və İSB-də əməliyyatların icra edilməsi;
·    İşçilərin əmək haqqlarının hesablanması və ödənilməsi;
·    Məzuniyyət və xəstəlik vərəqələrinə əsasən müvafiq hesablamaların təşkili və nəzarət edilməsi;
·    Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqqlarına dair əməliyyatların vaxtında və düzgün emal olunmasının təmin edilməsi;
·    Əmək haqqına dair müvafiq hesabatların tərtib edilməsi;
·    Əmək haqqına dair müvafiq sorğuların həll edilməsi;
·    İşdən azad olunan əməkdaşların son haqq-hesabların aparılması;
·    Dövlət orqanlarına aylıq, rüblük və illik hesabatların hazırlanması və vaxtında təqdim olunması;
·    İR hesabatlar bazasının düzgün aparılması.

Tələblər:
·    Ali təhsil (Maliyyə və iqtisadiyyat sahəsi üzrə);
·    Əmək haqqı hesablanması və kadr kargüzarlığı üzrə ən azı 2 (iki) il iş təcrübəsi;
·    AR Əmək Qanunvericiliyi, Əmək Məcəlləsi, Vergi və əmək haqqı qanunları üzrə yüksək biliklər;
·    EMAS portalında, İSB sistemində sərbəst işləmək bacarıqları;
·    MS Office (MS Excel, MS Word, MS Outlook) proqramlarında sərbəst istifadə bacarığı;
·    SAP sistemində təcrübə arzuolunandır;
·    Kadr kargüzarlığı haqqında biliyə malik olmalı;
·    Dil bilikləri: Azərbaycan dili səlis, rus və ingilis dili orta səviyyədə;
Minimum nəzarətlə effektiv işləmə bacarığı.

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 5820
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1095
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 396
“İnnovativ məktəb” l...