FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Baş Ofis üzrə Daxili nəzarət üzrə kiçik işçi vəzifəsini elan edir

FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Baş Ofis üzrə Daxili nəzarət üzrə kiçik işçi vəzifəsini elan edir.

 

Əsas vəzifə öhdəlikləri hansılardır?

  • Baş Ofisdə baş verən kreditvermə və ödənişlərin yığımı proseslərini müşahidə etmək və uyğunluq səviyyəsini müəyyən etmək üçün kreditvermə və ödənişlərin yığımı prosesini yoxlamaq:
  • Müştərilərin kredit prosesini və kredit şərtlərini düzgün başa düşüb-düşməməsini müəyyən etmək üçün müştəri ilə əlaqə saxlamaq,həmçinin şikayətlərlə və müştəri müraciətləri ilə bağlı sorğuların aparılması.
  • Kreditvermə və yığım prosesində aidiyyəti işçilər tərəfindən aparılan danışıqları dinləmək və kreditvermə təlimatlarına, prosedurlarına əsasən uyğunsuzluğu müəyyən etmək.
  • Hesabatların vaxtlı-vaxtında hazırlanması və Daxili Nəzarət Rəhbərinə təqdim edilməsi.
  • Təlimat və prosedurların icrası zamanı təkmilləşdirmə üzrə tövsiyələr vermək.
  • Kreditvermə və ödənişlərinin yığılması prosesinin RCSA Qiymətləndirmədə qeyd olunmuş kontrol mexanizmlərini yoxlamaq:
  • Kreditvermə təlimatında nəzərdə tutulmuş kredit sənədlərinin müştəri üzrə olub-olmamasını, səhv və ya düzgün şəkildə doldurulumasını yoxlamaq.
  • Satış, Yığım Supervayzerlərinin öz öhdəliklərini adekvat qaydada icra etdiklərini təsdiqləmək
  • Kredit Təsdiq prosessində müştərilərə verilən kreditlərin müvafiq sənədlər və biznes analiz əsasında verilməsini təstiqləmək.
  • Daxili Nəzarət İşçilərinə (aparıcı, baş daxili nəzarət işçisi) dəstək.

 

Tələblər

Təhsil və təcrübə:     

 

  • Bakalavr Dərəcəsi - Biznesin İdarə Edilməsi, Maliyyə, İqtisadiyyat və ya ekvilalent ixtisas
  • Mikromaliyyə sahəsində ya da Bank sektorunda ən azı 1 il iş təcrübəsi. 

 

Kompüter Bilikləri : 

                                                

  •   MS Office (Word, Excel, Outlook, Powerpoint)

 

Dil Bilikləri:

 

  •  Azərbaycan dilini səlis bilmək tələb olunur.
  • Rus və İngilis dilini səlis bilmək üstünlükdür.

 

 

Bacarıqlar:         

  • Mühakimə və qərar qəbuletmə
  • İşçilərə dəstək göstərmək bacarığı
  • Şifahi və yazılı ünsiyyət
  • Güclü dinləmə qabiliyyəti
  • Komanda işi

Müraciət et


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az