Çərşənbə axşamı, 1 İyul, 2025

“Mədəniyyətdə Marketinq” layihəsi başlayır


  • Dərc edildi: 11 May, 2024 - 16:23
“Mədəniyyətdə Marketinq” layihəsi başlayır

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Qlobal Sahibkarlıq Şəbəkəsi Azərbaycan” tərəfindən təşkil olunan “Mədəniyyətdə Marketinq” layihəsi başlayır.


 
Mədəniyyət müəssisələrində marketinq, ictimaiyyətlə əlaqələr və oxşar istiqamətlər üzrə fəaliyyət göstərən əməkdaşlar üçün açıq olan “Mədəniyyətdə Marketinq” layihəsinin başlıca məqsədi mədəni və yaradıcı sənayelərin rəqabətə dözümlülüyünün artırılması üçün kadr potensialının yüksəldilməsinə dəstək verməkdir. Layihə sahə üzrə mütəxəssislərə “Mədəniyyət Marketinqi” üzrə geniş biliklər əldə etməyə və daha sonra həmin bilikləri öz müəssisələrində tətbiq etməyə imkan yaradacaq.
 
Belə ki, layihə çərçivəsində Mədəniyyət Nazirliyinin tabeliyində olan və ya yaradıcı sənayelərdə təmsil olunan müəssisələrdən 30 nəfər mütəxəssis seçilərək onların peşəkar təlimçilərin cəlb olunması ilə təlimləndirilməsi həyata keçiriləcək.
 
Təlimlər çərçivəsində iştirakçılar �

�Mədəniyyət Marktetinqi” nəzəriyyəsi, brendin formalaşdırılması, məhsul menecmenti, SMM və digər anlayış və alətlərlə yaxından tanış olacaqlar.
 
Növbəti mərhələdə, təlimləri uğurla yekunlaşdırmış 15 nəfər iştirakçı təcrübəli ekspertlərin müşayəti ilə seçilmiş 3 mədəniyyət müəssisəsi üçün marketinq planı nümunələri hazırlayacaqlar və aidiyyati üzrə təqdim edəcəklər.
 
Layihədə iştirak etmək üçün tələblərimiz nələrdir?
 
●     Mədəniyyət müəssisəsinin əməkdaşı olmaq
●     Mədəniyyət sahəsində, xüsusən yaradıcı sənayelər sahəsində, peşəkar marketinq biliklərini artırmaq istəyi
●     Yaradıcı düşünmə qabiliyyəti
●     Təlimlərdə fəal iştiraka hazır olmaq
 
Siz də mədəniyyətdə marketinq bilik və bacarıqlarınızı artırmaq istəyirsizsə bizə qoşulun!
 
Qeydiyyat üçün: https://bit.ly/44DHm7d.
 
Son müraciət tarixi: 17 may 2024-cü il.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Xaricdə təhsil alan və Azərbaycanın ali təhsil müəssisələrindən birinə köçürülmək istəyən tələbələrin nəzərinə
01 İyul, 2025 - 09:23 74
Xaricdə təhsil alan ...
“Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin bağlanış mərasimi keçirilib
22 İyun, 2025 - 13:01 41
“Texnologiyanın tətb...
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 219
Məktəbəhazırlıq qrup...