Cümə axşamı, 7 Avqust, 2025

İsveçrəli rejissor Jonathan Laskarın ustad dərsi keçiriləcək


  • Dərc edildi: 5 Sentyabr, 2022 - 09:43
İsveçrəli rejissor Jonathan Laskarın ustad dərsi keçiriləcək

İsveçrəli rejissor Jonathan Laskarın ustad dərsi keçiriləcək.

Animasiya sevərlərin, dizaynerlərin, rəssamların və bu sahədə karyera qurmaq istəyənlərin nəzərinə,

5-ci ANİMAFİLM Beynəlxaq Animasiya Festivalının nəzdində 8 sentyabr saat 16:00-17:30 aralığında Nizami Kino Mərkəzində İsveçrəli animasiya rejissoru Jonathan Laskarın ustad dərsi keçiriləcək.

Jonathan Laskar öz işini təqdim edərkən təsviri incəsənət, musiqi və memarlıqdan keçməklə animasiya kinosuna gəldiyi dolayı yollar haqqında danışacaq. Bu gün o, əsasən texnik olaraq təkbaşına animasiya filmlərinin çəkilişinə köklənib. O, Georges Schwizgebel və Claude Luyet ilə əməkdaşlıqları barədə, həmçinin dünyanın ən böyük animasiya festivalı Annecy 2022-də mükafat qazanmış "Val" filmini yaratması səbəblərindən danışacaq.

Jonathan Laskar Bauhaus Universitetində (Weimar, Almaniya) təsviri sənət (Aix-en-Provence, Fransa) və memarlıq üzrə təhsil alıb. Bazeldə memar kimi işlədikdən sonra o, “Torpaqdan və mürəkkəbdən” adlı qısametrajlı animasiya filmi ilə Luzern Universitetində magistr dərəcəsi alıb. 2013-cü ildən Cenevrədə müstəqil animasiya rejissoru kimi Georges Schwizgebel və Claude Luyet ilə əməkdaşlıq edir.

Konfransda həmçinin, Jonathan Laskarın filmləri izləyərək, onunla müzakirə edə biləcəksiniz.



Nümayiş etdiriləcək filmlər:

1. The Record (Val), rejissor Jonathan Laskar, İsveçrə

2. From Earth and Ink (Torpaq və mürəkkəbdən), rejissor Jonathan Laskar, Fransa

3. Around the Stairway (Pilləkən ətrafında), 10 müstəqil isveçrə animasiya rejissoru, İsveçrə



Giriş biletlədir. Biletin qiyməti 5 azn-dir. Bilet satışından əldə olunacaq bütün gəlir Qarabağ ərazisində ağac əkilməsinə sərf ediləcək.

Biletlər üçün link: https://tripsome.com/az/activities/78f829b/ustad-dersi-jonathan-laskar-isvecre
 

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 5901
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1134
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 413
“İnnovativ məktəb” l...