Bazar, 1 İyun, 2025

Baş Mühasib vakansiyası


  • Dərc edildi: 10 Yanvar, 2025 - 04:41
Baş Mühasib vakansiyası

Baş Mühasib vakansiyası

 

ZƏHMƏT-RUZİ MMC 

Vəzifənin adı: Baş Mühasib


Vəzifə funksiyaları:


·       “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununu, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını və bu standartlara əsasən mühasibat uçotunun aparılması qaydalarını, maliyyə, vergi və digər hesabatların tərtib edilməsi qaydasını bilməli;
·       Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
·       Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini təmin etmək;
·       İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin icra edilməsinə nəzarət sisteminin qurulması;
·       Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsinə nəzarət edilməsi;
·       Debitor və kreditor borcların uçotunun aparılması;
·       Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
·       Əmək haqqı, məzuniyyət və ezamiyyənin hesablanması;
·       Gəlir və xərclərin uçotunun aparılması;
·       Vergi risklərinə nəzarət olunması və bununla bağlı müvafiq tədbirlərin görülməsini təmin etmək;
·       Vergi orqanına hesabatların hazırlanması və təqdim edilməsi (Vahid bəyannamə,ÖMV,ƏDV)


Vəzifə tələbləri:


·       Təhsil pilləsi (minimum) Bakalavr (magistr dərəcəsi olması arzu olunandır)
·       Təhsil ixtisası Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə
·       Cinsi: kişi 
·       İstehsalat və qida sektorunda təcrübəsi olanlara üstünlük veriləcək 
·       İş təcrübəsi (minimum) Müvafiq sahədə 3-5 il iş təcrübəsi (istehsalat, real sektor sahəsində təcrübəsi olanlara üstünlük veriləcək)
·       Dil bilikləri Azərbaycan dili 
·       Kompüter bilikləri Peşəkar səviyyədə Microsoft office proqramları (əsasən Excel) və 1C 8.3
·       Digər zəruri tələblər Mühasibat uçotu üzrə beynəlxalq sertifikatların mövcudluğu (ACCA F3,F7 və s.)
·       Peşəkar mühasib sertifikatının (PMS MHBS) olması arzuolunandır.
·       Əmək haqqı 3000+ 
Vəzifənin tələb etdiyi səriştəliliklər:
·       Problem həll etmə bacarıqları;
·       Detallara diqqət;
·       Komandada işləmək bacarığı;
·       Analitik düşünmə bacarığı.

Əmək şəraiti:


İş qrafiki: 5/2, 09:00-18:00
Nahar şirkət tərəfindən təmin edilir
İş yeri : Xırdalan şəhəri 

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilərsiniz. Email-in  mövzu hissəsində “Baş mühasib” qeyd etməyiniz xahiş olunur.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 122
Lisey və gimnaziyala...
Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara hazırlaşan VI sinif şagirdlərinin nəzərinə!
27 May, 2025 - 01:01 175
Mərkəzi imtahanla qə...
XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası – Azərbaycan Komandası
26 May, 2025 - 15:18 95
XVIII Beynəlxalq Ast...