Bazar ertəsi, 25 Avqust, 2025

Azərbaycanda ilk dəfə tullantıların azaldılması üzrə hakaton baş tutacaq


  • Dərc edildi: 26 Oktyabr, 2022 - 18:09
Azərbaycanda ilk dəfə tullantıların azaldılması üzrə hakaton baş tutacaq

Azərbaycanda ilk dəfə tullantıların azaldılması üzrə hakaton baş tutacaq

"ASAN xidmət"in, “ASAN Könüllüləri” Təşkilatının və "Coca-Cola" Fondunun birgə əməkdaşlığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə “Tullantısız Dünya” proqramı çərçivəsində Azərbaycanda ilk dəfə tullantıların azaldılması üzrə “Recyclaton” hakatonu keçiriləcək.

Məqsəd tullantıların azaldılması və təkrar emala cəlb edilməsini təşviq etmək, bu istiqamətdə məlumatlandırma mexanizmi hazırlamaqla ekoloji dayanıqlığa nail olmaqdır.

2, 3 dekabr 2022-ci il tarixlərində keçirilməsi nəzərdə tutulan hakaton iştirakçılar arasında yaradıcı düşünmə bacarığını inkişaf etdirəcək, ekoloji problemlərə innovativ həllər təklif etməklə ölkəmizdə ictimai xidmətlərin təşkilində innovasiyaların tətbiqinə töhfə verəcəkdir.

Hakatonda iştirakçıların layihə konseptləri sahəvi mentorların dəstəyi ilə prototip (MVP) halına salınaraq münsiflər tərəfindən dəyərləndiriləcəkdir. Dəyərləndirmə nəticəsində ən yaxşı prototip təklif edən komandalara nominasiyalar üzrə 6000 AZN (I yer), 4000 AZN (II yer) və 3000 AZN (III yer) dəyərində pul mükafatı təqdim olunacaqdır.

Hakatonda iştirak etmək üçün aşağıdakı keçiddən istifadə edərək qeydiyyatdan keçə bilərsiniz. Qeydiyyat 10 noyabr, saat 23:59-da yekunlaşacaq.

Qeydiyyat üçün keçid:​ https://bit.ly/3TYtEoX

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 494
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 97
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7378
Sumqayıt Dövlət Univ...